İŞİD Kabildə Taliban Xarici İşlər Nazirliyinə hücum edib + FOTO

Cümə axşamı 12 Yanvar 2023 - 22:40
https://az.iswnews.com/?p=17738

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən Taliban Xarici İşlər Nazirliyinin girişində İŞİD-in kamikadze hücumu nəticəsində 60-dan çox adam ölüb və yaralanıb.

Yanvarın 11-də saat 16:00 radələrində Kabil şəhərinin ikinci rayonunda yerləşən Taliban Xarici İşlər Nazirliyinin binasının girişi qarşısında İŞİD-in kamikadze hücumu nəticəsində törədilmiş partlayış nəticəsində 22 nəfər, o cümlədən bəziləri bu nazirliyin əməkdaşları həlak olub, 40-dan çox adam yaralanıb.

Taliban Xarici İşlər Nazirliyinin əməkdaşları nazirliyin binasından çıxarkən kamikadze hücumu həyata keçirilib və onlarla mülki vətəndaşı və bu nazirliyin əməkdaşını öldürüb və yaralayıb.

İŞİD terror qruplaşması kamikadze hücumunu törədən “Xeyber Əl-Qəndəhari”nin şəklini və bu barədə bəyanat dərc edərək bu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu bəyanata baxmayaraq, bu hücumu həyata keçirən kamikadzenin Şir Məhəmməd Abbas Kərimi Stanekzaiyə sui-qəsd məqsədi ilə Həqqani şəbəkənin liderlərindən birinin əmri ilə bu hücumu həyata keçirən bu şəbəkəsinin Cihadi əməliyyat keçirən bölməsinin üzvü olması ehtimalı da var. Talibanın Xarici İşlər Nazirliyinin siyasi müavini Stanekzai hadisədən bir gün öncə verdiyi açıqlamalarda Taliban liderinin qadın və qızların təhsilini və işləməsini qadağan edən son fətvalarını tənqid etmişdi!

Qeyd edək ki, İŞİD Əfqanıstanda əvvəlki kamikadze hücumunda Kabil Beynəlxalq Hava Limanının hərbi hissəsinə hücum etmiş, nəticədə 36-dan çox adam həlak olmuş və yaralanmışdı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir