Amerika terror ordusu: İranın Yəmənə göndərdiyi silah daşıyan gəmini ələ keçirdik! + FOTO

Cümə axşamı 12 Yanvar 2023 - 15:51
https://az.iswnews.com/?p=17719

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terror ordusunun donanması Oman körfəzində Yəmənə gedən İran silahlarını daşıyan gəmini ələ keçirdiyini iddia edib.

Amerika Terror Ordusunun Hərbi Dəniz Qüvvələri USS Chinook sahil patrul gəmisinin yanvarın 6-da Oman körfəzində naməlum gəmini ələ keçirə bildiyini açıqlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri bu gəminin İrandan Yəmənə 2100 silah daşıdığını və həmçinin, bu silahların İrandan Yəmənə keçmişdə göndərilən silahlara bənzədiyini iddia edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının sözçüsü Timothy Hawkinsin açıqlamalarına görə, bu gəminin heyəti Yəmənlidir və bu ölkənin sularına qayıtdıqdan sonra istefa vermiş Yəmən hökumətinə təhvil veriləcək.

Dünyada silah satışında birinci yeri tutan Amerika, İranın Yəmənə silah göndərməsi xəbərlərini yenidən tirajlamağa başlayıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının silahlarının əksəriyyəti Amerika silah şirkətləri tərəfindən təmin edilir və bu, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq heyətinin 9 sentyabr 2022-ci il verdiyi hesabatında sübuta yetirilib. Bu hesabata görə, Amerika, Fransa, İngiltərə, Kanada və İran ölkələri Yəməndəki münaqişə tərəflərinə silah göndərir.

Qeyd edək ki, ABŞ terror ordusunun Mərkəzi Komandanlığı sentyabrın 9-da Oman körfəzində İrandan Yəmənə döyüş sursatı və raket yanacağı daşıyan balıqçı gəmisinin qarşısını aldığını və ələ keçirdiyini iddia etmişdi.

Daha çox oxuyun: Video: 1950-ci ildən 2017-ci ilə qədər ABŞ-ın silah ixracının həcmi nə qədər olub?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir