Bakı ilə Tel-Əviv arasında isti diplomatik münasibətlərə bir baxış

Çərşənbə 11 Yanvar 2023 - 23:44
https://az.iswnews.com/?p=17713

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün (11 yanvar 2023-cü il) rəsmi sərəncamla Muxtar Məhəmmədoğlu Məmmədovu Tel-Əvivdəki fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Muxtar Məmmədov Azərbaycan Respublikasının işğal olunmuş Fələstin torpaqlarında ilk səfiridir. 1983-cü ildə Bakıda anadan olan Muxtar Məmmədov, Bakı Dövlət Universitetini, Belçika Kollecini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. O, 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyinin əməkdaşı, 2009-2023-cü illərdə isə, Azərbaycanın Belçikadakı səfirliyinin diplomatı vəzifəsində çalışıb.
Məmmədov 2013-cü ildə Elm və Təhsil Nazirliyində çalışmağa başlayıb. Bu müddət ərzində Məmmədov Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi Azərbaycan və İsrail arasında innovativ əməkdaşlıq layihəsinə rəhbərlik edib. Bu layihəyə Azərbaycanda və işğal olunmuş Fələstin torpaqlarında təlim kursları daxildir. Kursa qəbul edilənlər bir neçə həftəlik Tel-Əvivə səfər edir. Layihənin əsas məqsədi gəncləri dövlət və qeyri-hökumət təşkilatlarında rol oynamağa öyrətməkdir. Məmmədov 2022-ci ilin yazında nazir müavini vəzifəsinə təyin edilib.

Azərbaycanın işğal olunmuş Fələstin torpaqlarına ilk səfirinin təyin olunmasını yadda qalan edən nüanslardan biri, İsrailin Avrasiya dövlətlərindəki səfirlərinin 16-18 yanvar tarixindəki görüşünün məhz Azərbaycan səfirliyinin binasında keçirilməsidir.

Ölkəmiz və Sionist İsrail arasında diplomatik münasibətlərin tarixi keçmiş Sovet İttifaqının dağıldığı, İsrailin Azərbaycan Respublikasının müstəqilliyini tanıdığı vaxta gedib çıxır və bu münasibətlər 1992-ci ildən etibarən yaranıb. İsrail 1993-cü ildə Bakıda səfirliyini açıb və bu zamandan etibarən Azərbaycan və İsrail rəsmiləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Azərbaycan İsraillə diplomatik əlaqələr quran ilk müsəlman ölkələrindən biridir və 2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə sionist hökuməti arasında münasibətlərin normallaşmasında rol oynayıb.
Azərbaycan İsrailin xam neftinin 40%-ni təmin edir və sionist rejim Azərbaycana silah və hərbi texnikanın ən mühüm ixracatçısıdır. Bakı ilə Tel-Əviv arasında mədəni-təhsil əlaqələri statistik məlumatlarda göstərildiyindən qat-qat artıqdır və İlham Əliyev bütün mədəni və sosial tədbirlərdə İsrailə xüsusi yer ayırır.

Bir qrup azərbaycanlı yəhudi Bakı və Tel-Əviv “hökumətləri” arasında münasibətlərdə səmərəli rol oynayır. Azərbaycan yəhudilərinə etnik olaraq “dağ yəhudiləri” deyilir. Həmin “Dağ yəhudiləri” vaxtilə İranın Larican, Dəmavənd, Bomehan bölgələrində və Əlborz dağlarında yaşayıblar. Qacarlar dövründə dağ yəhudiləri ilə müsəlmanlar arasında gərginlik yaşanıb. Bu səbəbdən onların bir qismi 12 imamlı şiə məzhəbini qəbul edib, digər bir qismi isə, Qafqaz dağlarında və Qubanın tatlar yaşayan hissəsində məskən salıblar.
Dağ yəhudilərinin Qubada ən məşhur yaşayış yeri Qırmızı Qəsəbədir. Bütün bunlara baxmayaraq, Brenda Şaffer kimi Avropa yəhudiləri Azərbaycanın siyasi arenasında daha mühüm rola malikdir. Brenda Şaffer Azərbaycanın demək olar ki, bütün işlərində ekspert hesab olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir