İranın Milli Təhlükəsizlik Nazirliyi Mossad təşkilatının dörd əməliyyat qrupunu həbs edib

Çərşənbə 11 Yanvar 2023 - 21:58
https://az.iswnews.com/?p=17710

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Milli Təhlükəsizlik Nazirliyi İran daxilində İsrailin kəşfiyyat və xüsusi əməliyyat təşkilatına bağlı dörd qrupun əməliyyatçılarını müəyyən edərək həbs edib.

İran İslam Respublikasının Milli Təhlükəsizlik Nazirliyi dünən yanvarın 10-da xəbər yayımlayaraq, Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (Mossad) İran daxilində 4 qrupunun müəyyən edilərək həbs edildiyini açıqlayıb.

Bu barədə İranın Milli Təhlükəsizlik Nazirliyi bildirib:

“Bu nazirliyin dekabrın 22-dən bu günüdək Mossad casus-terror təşkilatının 4 əməliyyat qrupunu ələ gətirməklə bağlı verdiyi açıqlamadan sonra əziz İran xalqının nəzərinə çatdırır ki, İmam Zamanın (ə.c) naməlum əsgərlərinin gecə-gündüz səyləri ilə, təyin olunan komandaların sayı altı komandaya çatdı. Bu terror şəbəkəsində Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstan vilayətlərində 23 əməliyyat və dəstək verən ünsürlər müəyyən edilib, ölkə daxilində olan 13 nəfər həbs edilib və onların müxtəlif əməliyyat avadanlıqları da ələ keçirilib.
“Sirus” ləqəbli bu şəbəkənin rəhbəri Avropa ölkələrindən birində məskunlaşıb və “Instagram” və “WhatsApp” sosial şəbəkələri vasitəsilə ölkə daxilindəki əməliyyat üçün muzdluları seçərək, müəyyənləşdirib ilkin əlaqə yaratmağa çalışıb.
Son nəticələrə əsasən, Mossad casus-terror təşkilatı ölkənin bəzi bölgələrində baş verən son iğtişaşlardan istifadə etmək məqsədi ilə yüksək rütbəli hərbçiyə sui-qəsd təşkil etmək, irimiqyaslı partlayıcı maddələrin ölkənin cənub dəniz sərhədlərindən qaçaqmalçılığı və ölkənin iri şəhərlərində də bir sıra təxribat əməliyyatları həyata keçirmək niyyətində olub. Şükürlər olsun ki, bütün əməliyyat və dəstək ünsürləri hər hansı bir hərəkətdən əvvəl müəyyən edilərək haqlarında müvafiq tədbirlər görülüb.
Bu yolla, bu, saxta və müvəqqəti sionist rejimin altı aydan az bir müddətdə ikinci böyük kəşfiyyat və əməliyyat uğursuzluğu idi ki, həmişə olduğu kimi, İran İslam Respublikasının təhlükəsizliyini
qorumaq üçün fədakar və həmişə oyaq olan igidlərin qəti cavabı ilə qarşılaşacaqlar.

İranda son iğtişaşlar sentyabrın ortalarından başladı və İranın müxtəlif əyalət və şəhərlərində terrorçu və separatçı qrupların fəaliyyəti ilə daha da gücləndi. Amerika və Avropa ölkələrinin siyasətçiləri və kəşfiyyat təşkilatları media və regional hadisələrin vasitəsi ilə, bu məsələdən sui-istifadə edərək İrana qarşı siyasi, təhlükəsizlik, sosial və mədəni layihəyə çeviriblər. Bu layihə İranın bir çox günahsız insanların, təhlükəsizlik qüvvələrinin və Bəsiclərin öldürülməsinə və yaralanmasına səbəb olub.

Daha çox oxuyun: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın birgə layihəsi: “İranı içəridən məhv etmək”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir