Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022

Cümə 25 Fevral 2022 - 23:52
https://az.iswnews.com/?p=1766

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ən son xəbərləri və dəyişiklikləri buradan oxuyun

Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər, 24 Fevral 2022

-Ukraynanın xarici işlər naziri: Amerikalı həmkarım, ölkəsinin Ukraynaya daha çox müdafiə sistemləri göndərəcəyini bildirdi.

-Bu gün səhər Ukrayna prezidenti ölkədə ictimai səfərbərlik haqqında sərəncam imzalayıb. Sərəncamın müddəti 90 gündür. Ukrayna xalqı öz binaları, texnika, nəqliyyat vasitələri və digər avadanlıqlarını gərək Ukrayna ordusu və hökümətinin ixtiyarında qoysunlar.

Xarkov şəhərinin kənarındakı Çoqov Hərbi Hava Limanının peykdən çəkilmiş şəkli
Kiyev səmasında ruslar tərəfindən Ukraynaya məxsus “Su-27” qırıcı təyyarəsinin vurulması anı (1)
Kiyev səmasında ruslar tərəfindən Ukraynaya məxsus “Su-27” qırıcı təyyarəsinin vurulması anı (2)
Kiyev səmasında ruslar tərəfindən Ukraynaya məxsus “Su-27” qırıcı təyyarəsinin vurulması anı (3)
Ukraynanın cənubundakı Nikolayev hava limanının peykdən çəkilmiş şəkli.
Yuxarıdakı şəkildə hava limanının üç nöqtəsinin ruslar tərəfindən hədəf alındığı göstərilir.
Ukrayna ordusunun artilleriyasının mülki yaşayış məntəqələrinə yerləşdirilməsi videosu

-Ukrayna prezidenti Zelenski: Ukrayna müharibə əleyhinə koalisiya yaratmalıdır; Biz hamımız Rusiyanı danışıqlara məcbur etməliyik.

Ukraynanın Rusiyanın Rostov şəhəri ətrafındakı Rusiya hərbi bazasına “Toçka” ballistik raketi ilə endirdiyi raket zərbəsinin ziyanları
Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Kaxovka şəhərində
Belarusun Qomel şəhərində Rusiya Hərbi Hava Qüvvələrinin təchizatları
Belarusdakı Qomel şəhəri ilə Ukraynanın paytaxtı Kiyevlə fasiləsi

-Zelenski ofisi rəhbərinin müşaviri bəyan edib ki, Ukrayna Rusiya ilə danışıqlara hazırdır. O bildirib ki, Ukrayna təhlükəsizlik zəmanəti almalıdır.
O əlavə edib: Ukrayna yanacaq böhranı, o cümlədən yanacaqdoldurma məntəqələrində uzun növbələr və benzin qıtlığı ilə üzləşib.

Belarusun Brest vilayətindən Rusiya ordusunun “Qrad” raketatarları Ukrayna ərazisinə daxil olur.

-Ukrayna ordusu Kiyev şəhərində bir qrup rusiyalı casus və agenti müəyyən edərək həbs edib.
-Kiyevin şimalında Rusiya ordusu ilə Ukrayna ordusu arasında qarşıdurmalar davam edir.
-Rusiya mediası Vladimir Zelenskinin Putinlə danışıqlar təklifi haqda məlumat yayıb.
-Rusiyanın xarici işlər naziri Serqey Lavrov: Zelenski özü təhlükəsizliklə bağlı danışıqlar aparmaq şansını itirdi. Rusiyanın xüsusi əməliyyatından sonra Ukraynadakı vəziyyət müzakirə oluna bilər. Ukrayna hərbçiləri silahı yerə qoyan kimi Rusiya istənilən vaxt Ukrayna ilə danışıqlara hazırdır.

Rusiya raket sistemləri Ukrayna ordusunun mövqelərini atəşə tutur.
Ukrayna ordusunun qüvvələri paytaxt Kiyevin küçələrində
Rusiyanın Kamov-52 helikopteri Donetsk üzərində uçur

-Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevətrafı Qustomeldəki Antonov hava limanına nəzarəti ələ keçirib.
-Rusiya Müdafiə Nazirliyi Qustomel hava limanında keçirilən əməliyyat zamanı Rusiya qüvvələrinin itki vermədiyini bildirib. Əməliyyatda 200-dən çox helikopter iştirak edib.

Rusiya ordusu Ukrayna ordusunun BUK M1 sistemini hədəfə alıb.
Ukraynanın cənubundakı Xerson şəhərinin kənarında rus qoşunlarının videosu
Militopol şəhərində Ukrayna ordusuna məxsus T64 BV tankının Rusiya hərbçiləri tərəfindən məhv edilməsi anı
Ukraynanın şimalındakı Çerniqovda Ukrayna Təhlükəsizlik Xidmətinin binasında yanğın

-Rusiya Müdafiə Nazirliyi yeni bəyanatında 211 hərbi obyektin və infrastrukturun məhv edildiyini açıqlayıb.
Həmçinin 17 komanda məntəqəsi və rabitə mərkəzi, 19 S-300 hava hücumundan müdafiə sistemi və Osa, 39 radar stansiyası məhv edilib.
6 qırıcı təyyarəsi, 1 helikopter və 5 PUA da vurulub.
67 tank və zirehli texnika, 16 artilleriya qurğusu və reaktiv yaylım atəşi sistemi məhv edilib.

-Vladimir Çijov, Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi:
Rusiya əməliyyatdan sonra qoşunlarını Ukraynadan çıxaracaq.
Rusiyaya Ukrayna ərazisi lazım deyil, lakin Donetsk Respublikası (DXR) və Luqansk Respublikasının (LPR) ərazisi onların bütün ərazisinə qədər uzanacaq.

-Ukrayna prezidenti Zelenski hələ də Kiyevdə olduğunu elan edən video yayımlayıb.
-Bundan əvvəl onun Ukrayna paytaxtını tərk etməsi xəbərini bəzi KİV-lər yayıb.

Zelenski və onunla birgə olan nazirlərin videosu
Ukraynanın Xarkov şəhərinin kənarında yanacaq çənlərinin partlaması

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir