Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ən son xəbərləri və dəyişiklikləri buradan oxuyun
Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər, 24 Fevral 2022
-Ukraynanın xarici işlər naziri: Amerikalı həmkarım, ölkəsinin Ukraynaya daha çox müdafiə sistemləri göndərəcəyini bildirdi.
-Bu gün səhər Ukrayna prezidenti ölkədə ictimai səfərbərlik haqqında sərəncam imzalayıb. Sərəncamın müddəti 90 gündür. Ukrayna xalqı öz binaları, texnika, nəqliyyat vasitələri və digər avadanlıqlarını gərək Ukrayna ordusu və hökümətinin ixtiyarında qoysunlar.
Hava zərbələri nəticəsində Ukraynaya məxsus “Su-27” qırıcısı da vurulub.
Yuxarıdakı şəkildə hava limanının üç nöqtəsinin ruslar tərəfindən hədəf alındığı göstərilir.
-Ukrayna prezidenti Zelenski: Ukrayna müharibə əleyhinə koalisiya yaratmalıdır; Biz hamımız Rusiyanı danışıqlara məcbur etməliyik.
-Zelenski ofisi rəhbərinin müşaviri bəyan edib ki, Ukrayna Rusiya ilə danışıqlara hazırdır. O bildirib ki, Ukrayna təhlükəsizlik zəmanəti almalıdır.
O əlavə edib: Ukrayna yanacaq böhranı, o cümlədən yanacaqdoldurma məntəqələrində uzun növbələr və benzin qıtlığı ilə üzləşib.
-Ukrayna ordusu Kiyev şəhərində bir qrup rusiyalı casus və agenti müəyyən edərək həbs edib.
-Kiyevin şimalında Rusiya ordusu ilə Ukrayna ordusu arasında qarşıdurmalar davam edir.
-Rusiya mediası Vladimir Zelenskinin Putinlə danışıqlar təklifi haqda məlumat yayıb.
-Rusiyanın xarici işlər naziri Serqey Lavrov: Zelenski özü təhlükəsizliklə bağlı danışıqlar aparmaq şansını itirdi. Rusiyanın xüsusi əməliyyatından sonra Ukraynadakı vəziyyət müzakirə oluna bilər. Ukrayna hərbçiləri silahı yerə qoyan kimi Rusiya istənilən vaxt Ukrayna ilə danışıqlara hazırdır.
-Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevətrafı Qustomeldəki Antonov hava limanına nəzarəti ələ keçirib.
-Rusiya Müdafiə Nazirliyi Qustomel hava limanında keçirilən əməliyyat zamanı Rusiya qüvvələrinin itki vermədiyini bildirib. Əməliyyatda 200-dən çox helikopter iştirak edib.
-Rusiya Müdafiə Nazirliyi yeni bəyanatında 211 hərbi obyektin və infrastrukturun məhv edildiyini açıqlayıb.
Həmçinin 17 komanda məntəqəsi və rabitə mərkəzi, 19 S-300 hava hücumundan müdafiə sistemi və Osa, 39 radar stansiyası məhv edilib.
6 qırıcı təyyarəsi, 1 helikopter və 5 PUA da vurulub.
67 tank və zirehli texnika, 16 artilleriya qurğusu və reaktiv yaylım atəşi sistemi məhv edilib.
-Vladimir Çijov, Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi:
Rusiya əməliyyatdan sonra qoşunlarını Ukraynadan çıxaracaq.
Rusiyaya Ukrayna ərazisi lazım deyil, lakin Donetsk Respublikası (DXR) və Luqansk Respublikasının (LPR) ərazisi onların bütün ərazisinə qədər uzanacaq.
-Ukrayna prezidenti Zelenski hələ də Kiyevdə olduğunu elan edən video yayımlayıb.
-Bundan əvvəl onun Ukrayna paytaxtını tərk etməsi xəbərini bəzi KİV-lər yayıb.
Rəy