Qum əhalisi İmam Xamenei ilə görüşüb + FOTO

Bazar ertəsi 9 Yanvar 2023 - 20:32
https://az.iswnews.com/?p=17572

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Khamenei.ir saytına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər, 9 yanvar 1978-ci ildə Qum xalqının tarixi qiyamının ildönümündə, bu şəhərin əhalisi ilə görüşüb.

İmam Xamenei görüşdə bildirib: “Karterin 43 il əvvəl İran İslam Respublikasını devirmək fərmanından sonra amerikalılar bu məqsədə çatmaq üçün hər vasitədən, xüsusən də reklam və təbliğatdan istifadə etdilər, lakin bu iğtişaşlarda bəlli olduğu kimi, uğursuzluğa düçar oldular. Əzəmətli İran xalqı və ölkə rəsmiləri, Allahın lütfü ilə, böyük və dəyişdirici işlər görməyə, zəif nöqtələri aradan qaldırmağa, məqsəd və istəklərin həyata keçirilməsi istiqamətində daha da sürətlə davam edirlər.”

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində son iğtişaşları tərtib edənlərin məqsədini təhlil edərək dedi: “Bu hadisələrdə xarici düşmənin əli tam aşkar görünürdü. Xarici düşmənin iğtişaşlarda əli olduğu deyilən kimi, bəziləri bunu inkar etdi. İnkarları və bu hadisələrin bizim günahımız olduğunu demələri, həqiqət deyil.”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir