Fələstinlilərin köməyi ilə Hələbin şimalında yeni şəhərciyin tikintisinə başlanılıb

Bazar ertəsi 9 Yanvar 2023 - 15:44
https://az.iswnews.com/?p=17560

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Afrin şəhərinin qərbində Cəndirəs bölgəsində yaşayış məntəqəsi tikintisi əməliyyatı fələstinlilərin maliyyə yardımı ilə başlayıb.

Suriyalı qaçqınların 50 ailəsinin məskunlaşdırılması məqsədi ilə Hələbin şimal kənarında yerləşən Afrin şəhərinin qərbindəki Cəndirəs bölgəsində “Əcnadin Fələstin” adlı yaşayış məntəqəsinin tikintisinə başlanılıb.

Yaxın aylarda adıçəkilən ərazidə daha 50 ailənin yerləşəcəyi yeni qəsəbə tikintisi layihəsinə başlanılacağı da bildirilir. Türkiyə nəzarəti altında olan ərazilərdə dəstəklədiyi terrorçuların ailələrini məskunlaşdırmağa çalışır.

Bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu may ayında Suriyanın şimalında Rəs Əl-Eyn, Təll-Əbyəd, Cerablus və Əl-Bab şəhərlərində 250 min evin tikiləcəyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyənin Fars körfəzi ölkələri, xüsusilə Küveyt və Qətər, Fələstin birliklərinin dəstəyi ilə inşa etdiyi qəsəbələrin sayı Suriyanın şimalında 100 yaşayış məntəqəsinin sayını keçib. Qeyri-rəsmi statistikaya görə, son illərdə İdlib vilayətində 50-yə yaxın, Hələbin şimalında isə 45-ə yaxın başqa yaşayış məntəqəsi salınıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir