Netanyahu İranda qatillərin edam edilməsini pisləyib

Bazar 8 Yanvar 2023 - 19:02
https://az.iswnews.com/?p=17517

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, İsrail İranda qatillərin edamını pisləyir, öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

“İran rejimi həftəsonu nümayiş keçirən iki gənci edam edib. İsrail bu iyrənc qətlləri qətiyyətlə pisləyir. Biz öz azadlıqları uğrunda qəhrəmancasına mübarizə aparan İran vətəndaşlarını salamlayırıq. Onlar elementar insan hüquqları uğrunda canlarını fəda edirlər, bütün dünyaya Tehrandakı repressiv, öz vətəndaşlarını təhdid edən rejimin əsl simasını göstərirlər”, – Netanyahu bildirib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, yanvarın 7-də iğtişaşlar zamanı Bəsic İslam Konüllülərinin əməkdaşını öldürməkdə təqsirli olan iki nəfərə qarşı ölüm hökmü çıxarılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir