Azərbycan Respublikasının tarixində acı və şirin yanvar

Cümə axşamı 20 Yanvar 2022 - 18:45
https://az.iswnews.com/?p=175

“Qanlı Yanvar” 1990-cı il yanvarın 19-20-də, keçmiş Sovet İttifaqının dağılmasından əvvəl, fövqəladə vəziyyət elan edildikdən sonra Qırmızı Ordunun Bakıda Azərbaycan Azadlıq Hərəkatının qanlı şəkildə yatırılması ilə bağlıdır.

1989-cu ilin dekabrında Sovet İttifaqı Şurası Qondarma Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsini təsdiqləmişdir. Həmin qərar, Azərbaycanlıların (yerazlar) Ermənistandan qovulması və 1988-ci ildə Sumqayıt hadisələri, hamısı, Azərbaycan Xalq Cəbhəsini 1990-cı il yanvarın 19-da böyük mitinq keçirməyə vadar etdi.

Dəmir divarın aradan qaldırılması

1990-cı il yanvarın 19-da cümə günü keçirilən etiraz mitinqi, sırf Ermənistan və Azərbaycan məsələlərinə bağlı deyil, bundan daha böyük hadisələrə səbəb olmuşdur. O cümlədən, müstəqilliyin əldə olunması, Sovet İttifaqındakı digər etnik qruplar kimi ayrılmaq və dəmir divarın aradan götürülməsi.

İranla sərhəd bölgələrdə təcrid olunmuş bir çox ailələr ölkəni tərk etmələrinə icazə verilmədiyi üçün sərhədi açıb qohumlarına baş çəkmək istəyirdilər. Həmin gün səhər Biləsüvar sərhəd gömrüyü binası etirazçılar tərəfindən yandırılıb və onlar sərhəd hasarlarını sındıraraq İrana daxil oldular.

Amma sərhədin açılması ilə bağlı ən həssas hadisə Astara sərhədinin hər iki tərəfdən 20 min nəfərlik izdihamla qapısının sındırılması idi. Sərhəd yox idi və Sovet İttifaqının dəmir divarlarından keçən insanlar gömrük zonasından İranın Astara şəhərinə daxil olurdular. Vəziyyət o həddə çatdı ki, xəbər Astaranın ətrafındakı şəhər və kəndlərə çatdı və İran xalqı sərhədə üz tutdular. Küçələrdə gəzməyə yer yox idi, hər iki tərəfdəki insanlar pasportsuz və vizasız hər iki ölkəyə keçə bilirdilər.

Fövqəladə vəziyyət və Qanlı Yanvar

İranla sərhəddə baş verən bu hadisə ilə eyni vaxtda Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov tərəfindən Bakıda fövqəladə vəziyyət elan edildi. Mərkəzi hökumət üç istiqamətdən Bakıya daxil olan 26 min nəfərə yaxın ordu və KQB qüvvələrinin yeridilməsinə göstəriş verdi. Bakı kazarmasının daxilindəki qüvvələr küçələrdə etirazçıları yatırmaq üçün tank və BMP-lərlə divarları dağıdırdılar. Camaat fikir verməyib Lenin meydanına toplaşdılar. Yanvarın 19-u axşam başlayan qarşıdurmalar yanvarın 20-i şənbə gününəcən davam etdi. Hadisə baş verən gün hər iki tərəfdən çox saylı insan itkiləri oldu. Rəsmi məlumatlara görə, Bakıda 131 nəfər həyatını itirdi, 5 nəfər itkin düşdü. Qeyri rəsmi məlumatlara əsasən həyatını itirənlərin sayı 300 nəfər oldu. Yanvarın 20-də Neftçala və Lənkəranda da mitinqlər və qarşıdurmalar baş verdi, nəticədə 16 nəfər həyatını itirdi. Ümumilikdə 147 nəfər həyatını itirdi, 800 nəfər yaralandı, 400 nəfər həbs edildi. Həmçinin 21 nəfər etirazçıları öz məqsədlərindən daşındırmaq istəyənlərdən öldürüldü.

Bazar ertəsi, yanvarın 22-də bir neçə yüz min nəfərlik böyük izdihamla toplaşan insanlar, Lenin meydanından Dağüstü parkına tərəf mərkəzi hökumət əleyhinə şüarlar səsləndirərək həyatını itirmiş şəxsləri müşayiət etməklə, dəfn etdilər. Müstəqillik əldə olunandan sonra meydanın adı dəyişdirilərək Azadlıq, parkın adı isə Şəhidlər Xiyabanı adlandırıldı. Bu hadisə Qanlı Şənbə və ya Qanlı Yanvar və ya 20 yanvar kimi tanınır və onun simvolu şəhid olanların məzarları üzərinə qoyulan qırmızı qərənfil gülləridir.

İİR-in Keyhan qəzeti tərəfindən cinayət ifşa olundu

Azərbaycan xalqının qanlı qətliamına senzura çox ciddi idi və Astarada açıq sərhədlər, cinayəti ifşa etdi. Hadisə barədə ilk olaraq Bakıya Keyhan və Keyhan Havai (Beynəlxalq) qəzetlərinin müxbirləri məlumat verdilər və Associated Press Keyhana istinadən xəbər verdi ki, buda xəbərin bütün dünyada geniş yayılmasına səbəb oldu.

Qorbaçov ən böyük səhvi etmişdir

Bu qanlı hadisə Sovet İttifaqının parçalanması üçün ilk ciddi addım oldu. 1995-ci ildə Mixail Qorbaçov Azərbaycan xalqından üzr istəyərək, Bakıda fövqəladə vəziyyətin elan edilməsini onun ən böyük səhvi olduğunu bəyan etmişdir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir