Suriyanın Həsəkə əyalətində iraqlı qaçqınların məsulu öldürülüb

Şənbə 7 Yanvar 2023 - 20:44
https://az.iswnews.com/?p=17484

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, iraqlı qaçqınların məsul şəxsi Həsəkə əyalətində yerləşən Rəs Əl-Eyn şəhəri ətrafında naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Yanvarın 5-də naməlum silahlı şəxslər iraqlı qaçqınların məsulu olan Əbu Muslim Əl-İraqi Rəs Əl-Eyn ətrafında yerləşən Eyn Əl-Hisan kəndindəki evinin qarşısında qətlə yetiriblər.

Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin bu hücumun İŞİD ünsürləri tərəfindən həyata keçirildiyi istisna edilmir. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, son illər və İŞİD terror qruplaşması ilə müharibə zamanı onlarla iraqlı qaçqın Rəs Əl-Eyn şəhərinə sığınıb və indi də bu şəhərdə yaşayır. Rəs Əl-Eyn şəhəri 2019-cu ilin payızından Türkiyənin dəstəklədiyi terrorçuların işğalı altındadır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir