Yəməndə baş verən son hadisələr, 6 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullahın nəzarəti altında olan əyalətlərdə Yəmən xalqı Yəmənin blokadasının davam etdirilməsinə, Səudiyyə koalisiyasının atəşkəs müddəalarına sadiq qalmamasına “Əl-Hisaru Hərbun” adlı yürüş keçirtməklə etiraz edib və neft hasilatından ələ gətirilən gəlirlər vasitəsi ilə dövlət işçilərinin maaşlarını ödəməməsinin nəticələri barədə xəbərdarlıq edib.
1- Mərib:
– Yanvarın 4-də Ənsarullah qüvvələri ilə İslah partiyasının (Səudiyyə koalisiyasına bağlı) silahlıları arasında Əl-Bələq və Əl-Əirif yüksəkliklərində qarşılıqlı silahlı atışma olub.
– General-leytenant Sağir bin Əzizə tabe olan qüvvələr Mərib şəhərinin üçüncü hərbi rayonunun komandiri Mənsur Savabaya qarşı üsyana qalxaraq İslah partiyasının silahlılarını bu rayondan qovublar və silah anbarlarına nəzarəti ələ keçiriblər. Mənsur Savaba İslah Partiyasına bağlı cəbhə komandirlərindən biridir və ona qarşı üsyan BƏƏ-nin Mərib şəhərində İslah Partiyasının hakimiyyətini devirmək planına uyğundur.
Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 21 Dekabr 2022
Səğir bin Əziz İslah partiyasına müharibə elan etdi
2- Ədən:
Yanvarın 1-də Xormaksar məntəqəsindəki Əl-Nəsr məhəlləsində Hizam Əl-Əmni qüvvələrinə məxsus silah anbarı alovlanaraq partlayıb. Bu partlayış bir sıra Hizam Əl-Əmini qüvvələrinin yaralanmasına səbəb olub.
3 – Şəbvə:
Dekabrın 31-də Nəsab və Mərxə rayonları arasında yerləşən Əl-Sələf məntəqəsində Əl-Əmaliqə qüvvələrinin hərbi karvanının yolundakı bombanın partlaması nəticəsində bu qüvvələrdən bir neçəsi həlak olub və yaralanıb.
4- Əbyən:
– Yanvarın 3-də Mudiyə rayonunun şərqində yerləşən Əl-Qalitiyyə bölgəsində Şeyx Salih Əl-Mucəlinin maşınının yolunda iki bombanın partlaması nəticəsində Cənub Keçid Şurasının silahlı qüvvələrinin yerli komandirlərindən biri olan Əl-Mucəlinin əmisi oğlu həlak olub və daha dörd nəfər yaralanıb. Bu, son günlər Əl-Mucəliyə ikinci sui-qəsddir və cənub mediası bu hücumlara görə İslah partiyasını məsul hesab edir.
– Yanvarın 4-də “Əl-Qaidə” terror qruplaşması bəyanat yayaraq Şeyx Saleh Əl-Mucəliyə sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürdüyünü təkzib edib.
5- Ləhic:
Yanvarın 4-də Cənub Keçid Şurasının 5-ci briqadasının silahlıları Redfan rayonundakı hərbi bazaya toplaşaraq hərbi parad keçiriblər. Bu parad Cənub Keçid Şurası ilə Redfan qəbilələri arasında yaranan gərginlik, eləcə də cənub bölgələrində Tariq Saleh qüvvələrinin təsirinin artmasından sonra keçirilib.
6- Əl-Məhrə:
– Yanvarın 5-də Əl-Məhrənin (BƏƏ-nin tabeliyində olan) icra hakimi Məhəmməd Əli Yasirə bağlı qüvvələr Əl-Məhrə əyalətində Cənub İnqilab Hərəkatının (Hərrak Əl-Səvri Əl-Cunubi) siyasi ofisinin rəhbəri Mudram Əbu Sərracın evinə basqın edib onu həbs etməyi planlaşdırıblarmış. Lakin bu hərəkət şeyxlərin və silahlı qəbilələrin hücumu ilə uğursuz olub. Əbu Sərrac son açıqlamalarında Səudiyyə koalisiyasına qarşı çoxlu tənqidlər səsləndirib.
– Yanvarın 5-də yerli mənbələr naməlum dronların (ehtimal ki, Ənsarullah) Əl-Qişn rayonunda və Ras Şervin bölgəsi səmasında uçuşu barədə məlumat verib.
Daha çox oxuyun: Yəmənin istefa vermiş hökuməti Əl-Qişn sahillərini BƏƏ-yə təhvil verib + FOTO
7- Əz-Zale:
Naməlum dronun (ehtimal ki, Ənsarullah) hücumundan sonra Meris cəbhəsində Cənub Keçid Şurasının silahlı qüvvələrinin komandanı briqada generalı Qasim Qaid Salih və şuranın bir neçə digər üzvü öldürülüb. Son bir həftə ərzində cənublular Ənsarullahın bu cəbhələrdəki mövqelərinə müxtəlif hücumlar həyata keçirib.
Daha çox oxuyun: Cənubluların Ənsarullahın Yəmənin Əz-Zale əyalətindəki mövqelərinə hücumu uğursuz oldu
8- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 170 dəfə pozub.
9- Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşşat Əz-Zale, Təiz və Ləhic vilayətlərinin qəbilələri ilə görüşdükdən sonra Təiz əyalətində Əl-Bərəh, Ləhic əyalətində Kərəş və Əz-Zale vilayətində Əl-Həşa məntəqələrində olub. Bu ərazilərin vəziyyəti barədə maraqlanıb. Bu səfər yanvarın 3 və 4-də baş tutub.
10- Yanvarın 6-da İordaniyanın paytaxtı Əmmanda Haşid qəbiləsinin başçısı Şeyx Sadiq bin Abdullah Əl-Əhmər xərçəng xəstəliyindən vəfat edib. Atası Şeyx Abdullah bin Hüseyn Əl-Əhmər, Yəməndə İslah Partiyasının əsas qurucularından olub.
11- Yanvarın 6-da Ənsarullahın nəzarətində olan vilayətlərdə Yəmən xalqı “Əl-Hisaru Hərbun” (mühasirə müharibədir) adı ilə Yəmənin mühasirəsinin davam etdirilməsinə qarşı keçirilən etiraz yürüşündə geniş şəkildə iştirak edib. Yəmən xalqı bu yürüşün yekun bəyanatında müharibənin və Yəmənin mühasirəsinin davam etməsinə və Səudiyyə koalisiyasının əvvəlki atəşkəs müddəalarına sadiq qalmamasına etiraz edib və gərginliyin artmasının, gəmilərin ələ keçirilməsi və neft ehtiyatlarından əldə edilən gəlirdən dövlət işçilərinin maaşlarının verilməməsi nəticələri barədə xəbərdarlıq edib.
Rəy