Suriya və İraq arasında quru tranzit yolu yenidən açıldı

Cümə 6 Yanvar 2023 - 23:15
https://az.iswnews.com/?p=17400

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyada Beynəlxalq Nəqliyyat Şirkətləri Federasiyası Suriya ilə İraq arasındakı quru yolunun yenidən açılması üçün fərman imzalayıb.

Suriya Nəqliyyat Nazirliyi, Suriya Milli Gəmiçilik Assosiasiyasına iki ölkə arasında ticarət mübadiləsi aparmaq məqsədi ilə iqtisadi sahədə fəaliyyət göstərən nəqliyyat şirkətlərinin səfərləri üçün İraq ərazisinə giriş vizalarının verilməsi prosesini təşkil etməyi tapşırıb.

Bu fərmanda əsasən, İraqa mal göndərmək istəyən şəxslər şirkət və ya qurumun adını bəzi sənədlərlə birlikdə dərnək və ya birliyin ofisinə təqdim etməlidirlər ki, müraciətlər Nəqliyyat Nazirliyinə göndərilsin.

Suriyadakı Beynəlxalq Yük Daşıma Şirkətləri Federasiyasının rəhbəri Məhəmməd Salih Keyşur verdiyi açıqlamada, İraqa yüklərin daşınması xərclərinə qənaət etmək, Suriya quru nəqliyyat donanmasının yenidən aktivləşdirilməsi və iki ölkə arasında ticarət mübadiləsinin yaxşılaşdırılması üçün bu fərmanın əhəmiyyətinə diqqət çəkib.

Qeyd etmək lazımdır ki, bu fərman Suriyanın İraq bazarlarında, xüsusilə sitrus meyvələrində payının artırılmasına kömək edəcək və İraqla Suriya arasında yeni nəqliyyat və tranzit marşrutunu aktivləşdirəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir