Pakistan ordusu Pakistanda Cənubi Vəziristan bölgəsində və Əfqanıstanın şərqində “Təhrik-e-Talibane Pakistan” terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib + VİDEO və FOTO

Cümə 6 Yanvar 2023 - 17:02
https://az.iswnews.com/?p=17383

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus hava təchizatları Əfqanıstanın şərqindəki Nəngərhar əyalətində və Pakistanda Cənubi Vəziristan əyalətinin Vana qəsəbəsində yerləşən “Təhrik-e-Talibane Pakistan” (TTP) terror qruplaşmasının mövqelərini bombalayıb.

Yanvarın 5-də naməlum hava təchizatları (ehtimal ki, Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları və ya dronları) Nəngərhar əyalətinin Qoşte rayonunda yerləşən Salala kəndində “Təhrik-e-Talibane Pakistan” (TTP) terrorçularının sığınacaqlarını bombalayıb. Bu hücumla eyni vaxtda Pakistanın Cənubi Vəziristan bölgəsindəki Vana qəsəbəsinin Tanai adlı məntəqəsində bir avtomobilə dron hücumu edilib, nəticədə sərnişinlər həlak olub. Yerli mənbələr ölənlərdən birinin “Təhrik-e-Talibane Pakistan” (TTP) terrorçularının cəbhə komandirlərindən biri olan Həfizullah Tur kimi tanınan “Qari Həfizullah” olduğunu bildirib.

Pakistan ordusunun Vana qəsəbəsində “Təhrik-e-Talibane Pakistan” terrorçularının maşınına dron hücumu

Digər tərəfdən Torxam sərhəd keçid məntəqəsində Taliban silahlıları ilə Pakistan sərhədçiləri arasında atışma olub, nəticədə bir Əfqanıstan vətəndaşı ölüb, bir Pakistan əsgəri yaralanıb.

Bu hücumlar Pakistan hökuməti və Milli Təhlükəsizlik Şurasının son günlər bu ölkədə təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək üçün bir neçə iclas keçirməsindən sonra baş verir. Bununla bağlı Ağ Evin sözçüsü Ned Prays yanvarın 3-də keçirdiyi mətbuat konfransında ABŞ-ın terrorizmlə mübarizə məqsədi ilə Pakistan ordusunun Əfqanıstana mümkün hücumlarını dəstəklədiyini açıqlayıb. Bu dəstək bəyanatından sonra Pakistanın Daxili İşlər Naziri Rana Sanaullah da hökumətin “Təhrik-e-Talibane Pakistan” (TTP) ilə bütün sülh danışıqlarının dayandırıldığını və bu qruplaşma ilə bir daha danışıqlar aparılmayacağını açıqladı.

Digər tərəfdən, Pakistan xarici işlər nazirinin müavini Həna Rabbani Kahar yanvarın 4-də Əfqanıstandakı Taliban hökumətinə müraciət edərək deyib: “Pakistanın təhlükəsizliyi bu ölkə ordusunun qırmızı xəttidir və Əfqanıstan “Təhrik-e-Talibane Pakistan” (TTP) terrorçularının terror fəaliyyətlərinin qurbanı olmamalıdır.”

Bu təhdidlərə cavab olaraq Talibanın Müdafiə Nazirliyi də Pakistana xəbərdarlıq edib ki, Əfqanıstan sahibsiz deyil. Bu açıqlamaya baxmayaraq, Əfqanıstan Talibanı son bir ildə Pakistanın Əfqanıstanın şərqinə ikinci hava hücumuna reaksiya verməyib.

Pakistan Xarici İşlər Nazirliyinin Nəngərhar və Cənubi Vəziristanda hava hücumları ilə bağlı təkzib etməsinə baxmayaraq, bu hücumlar Pakistan Ordusunun kəşfiyyat dəstəyi və birbaşa və ya dolayı yolla (ABŞ dronları tərəfindən) həyata keçirilib. Bu, Pakistan Ordusunun Əfqanıstanın şərq bölgələrində “Təhrik-e-Talibane Pakistan” (TTP) mövqelərinə və toplumlarına ikinci hava hücumudur. Pakistan ordusu Əfqanıstanın şərqinə ilk hücumunda Xost, Kunar və Paktika əyalətlərindəki əraziləri bombalamışdır və nəticədə bu qruplaşmanın 40-dan çox üzvü və onların ailə üzvləri ölüb və yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir