İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü Tehranda şəhid edildi + FOTO

Cümə axşamı 5 Yanvar 2023 - 09:09
https://az.iswnews.com/?p=17213

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tehranın Məhəmməd Rəsulullah (s) Korpusunun üzvlərindən olan Qasim Fətullahi naməlum şəxslərin açdığı atəş nəticəsində şəhid olub.

Bu hadisəni müşahidə edən şəxsin bildirdiyinə görə, yanvarın 3-də axşam saatlarında Qasim Fətullahi Tehranın Moxtari prospektində yerləşən küçələrin birində, dalana dirəndiyi evin qarşısında naməlum şəxs və ya şəxslərlə əlbəyaxa dava edib və üç dəfə atəş açılaraq başqa bir adamla birgə yaralanıb.
Tehran Polis İnformasiya Mərkəzinin xəbərinə görə, bu şəhid dörd güllə ilə vurulub və xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Onun hadisə yerində onunla olan yoldaşı da yaralanıb, xəstəxanada müalicəsi davam etdirilir.

Bu ana qədər heç bir qrup və ya şəxs bu şəhidin qətlinə görə məsuliyyəti üzərinə götürməyib və Tehranın təhlükəsizlik qurumları və polisi bu hadisəni araşdırır. Tehran polisinin yaydığı məlumata görə, hadisə yerinin ətrafındakı mənzillərdən oğurluq əlamətləri müşahidə edilib.

Daha çox oxuyun: SEPAH-ın Qüds qolunun üzvü Tehranda şəhid edilib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir