Pakistan polisi mindən çox əfqan immiqrantı həbs edib + FOTO

Bazar ertəsi 2 Yanvar 2023 - 19:26
https://az.iswnews.com/?p=17102

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan polis qüvvələri Sind əyalətində mindən çox əfqan mühaciri və vətəndaşını saxlayaraq həbs edib.

Dekabrın 29 və 30-da təhlükəsizlik əməliyyatı zamanı Pakistan polis qüvvələri Sind əyalətində 1400 Əfqanıstan vətəndaşını, o cümlədən 139 qadın və 165 uşaq, həmçinin 1000-dən çox kişini Kəraçi şəhərində etibarlı viza sənədlərinə malik olmadığı üçün saxlayaraq həbs etdi.

Bu insanlar Kəraçi şəhərində qadın həbsxanasında, mərkəzi həbsxanada və cinayətkar yetkinlik yaşına çatmayanlar sənaye məktəbində (yetkinlik yaşına çatmayan məhbusların saxlandığı yer) həbsdədirlər.

Məhbusların Rifah Komitəsi və Pakistan Milli İnsan Haqları Komissiyası bəyanat yayaraq, həbs edilən Əfqanıstan vətəndaşlarından bəzilərinin Kəraçi yerli məhkəməsində qısamüddətli həbs cəzasına məhkum edildiyini və cəzalarını çəkdikdən sonra ölkələrinə (Əfqanıstan) deportasiya ediləcəyini açıqlayıb.

Digər tərəfdən, Taliban Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi deyib: “Talibanın Pakistandakı səfirliyi rəsmiləri bu ölkənin rəsmiləri ilə görüşdə əfqan mühacirlərin həbs olunması ilə bağlı narahatlıqlarını ifadə ediblər və Pakistan rəsmiləri nların tezliklə azad ediləcəyinə söz veriblər, lakin Pakistan bu günə qədər öhdəliklərini yerinə yetirməyib”.

BMT-nin hesabatına görə, Pakistanda 1,3 milyon əfqanıstanlı qanuni sığınmış mühacir və bir milyondan çox qeyri-qanuni əfqan qaçqın yaşayır. 1946-cı ildə təsdiq olunmuş xarici vətəndaşlarla əlaqədar qanuna görə, Pakistan hökuməti qeyri-qanuni yolla Pakistana daxil olan şəxsləri deportasiya etmək hüququna malikdir. Bununla əlaqədar olaraq, Pakistan Daxili İşlər Nazirliyi 2022-ci ilin oktyabrında bir elan verdi və Pakistanda qanuni sənədləri olmayan xarici vətəndaşların 2022-ci ilin dekabr ayının sonuna qədər Pakistanı tərk etmələri lazım olduğunu, əks halda həbs və cərimə ödəyəcəklərini açıqlamışdır.

Daha çox oxuyun: Türkiyə yüzlərlə əfqan qaçqını deportasiya edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir