Rusiyanın 2022-ci ilin son günündə Ukraynaya raket hücumu + VİDEO və FOTO

Şənbə 31 Dekabr 2022 - 23:42
https://az.iswnews.com/?p=17058

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 2022-ci ilin son günündə Rusiya ordusunun sualtı qayıqları bir neçə qanadlı raketlə Ukraynanın müxtəlif şəhərlərinin sənaye, hərbi və yaşayış məntəqələrinə hücum edib.

Rusiya ordusu bu gün 31 dekabr tarixində bir neçə qanadlı raketlərdən istifadə etməklə Kiyev, Nikolayev, Zaporojye, Xerson, Kramatorsk, Vinnitsa və Xmelnitski şəhərlərində Ukraynanın sənaye, hərbi və yaşayış obyektlərinə hücum edib.

Ukrayna mətbuatı xəbər verir ki, bu raketlər Rusiya ordusunun Xəzər dənizi və Qara dənizdəki sualtı qayıqlarından Ukraynaya doğru atılıb və Ukrayna ordusunun Ternopil, Jitomir, Çerniqov, Kiyev və Sami şəhərlərində hava hücumundan müdafiəsi cəmi 20 rus raketindən altısı Kiyev səmasında, beşi Jitomir səmasında, biri isə Xmelnitski səmasında məhv etməyə müvəffəq olub.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya qanadlı raketlərinin Ukrayna paytaxtının yaşayış məntəqələrini, o cümlədən “Adler” və “Alfavito” otellərini vurması nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən yapon jurnalist yaralanıb. Həmçinin Zaporojye, Nikolayev və Xmelnitski şəhərlərində daha 17 nəfər yaralanıb.

Bu, dekabrın 29-dan bəri Rusiya ordusunun Ukraynaya qarşı dördüncü irimiqyaslı hava hücumu və ikinci raket əməliyyatıdır.

Daha çox oxuyun:
Rusiya ordusu Ukrayna şəhərlərini Şahid-136 dronları ilə darmadağın edib + VİDEO
Rusiya ordusu Ukraynanın enerji və müdafiə obyektlərinə qarşı şiddətli raket əməliyyatı həyata keçirib + FOTO

Rusiya qanadlı raketinin Kiyev şəhərindəki hədəfi vurması
Rusiya raketinin Xmelnitski şəhərinə düşməsi
Rusiya raketlərinin Nikolayev şəhərini vurmasının şəkli
Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir