İran İslam Respublikası Ordusunun Zülfiqar 1401 təlimi başlayıb + VIDEO və FOTO

Şənbə 31 Dekabr 2022 - 21:23
https://az.iswnews.com/?p=17041

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası Ordusunun “Zülfiqar 1401” birgə hərbi təlimi Hind okeanının şimalında 10 dərəcə şimal radiusuna qədər Hörmüz boğazının şərqində və Cask bölgəsində başlayıb.

30 dekabr Cümə günü səhər saatlarında İran İ.R Ordusunun Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin iştirakı ilə Ya Zəhra (s) şuarı səsləndirilərək Cask bölgəsində və Hörmüz boğazının şərqində Hind okeanının şimalında 10 dərəcə şimal radiusa qədər “Zülfiqar 1401” təlimi başlayıb.

Bu təlimlər Quru Qoşunlarının piyada, zirehli və mexanikləşdirilmiş birləşmələrinin bir hissəsinin, Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə sistemlərinin, yeraltı, suüstü, uçan qayıqların və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının iştirakı və Hava Qüvvələrinin Qırıcılarının müşayiəti ilə həyata keçirilir. Həmçinin düzənlənmiş düşmənə qarşı elektron, siqnal, məlumat toplama əməliyyatları, həmçinin Bavər, Arəş, Əbabil, Mühacir, Sadiq və Yəsir dronları ilə kəşfiyyat əməliyyatları həyata keçirilir.

İran İslam Respublikası Ordusunun koordinator müavini kontr-admiral Həbibullah Səyyarinin açıqlamalarına görə, bu təlim ordunun dörd qüvvəsində müxtəlif təlim proqramlarına uyğundur və onun komandanlığı və nəzarəti Zülfiqar Ordusunun Taktiki Qərargahı tərəfindən idarə olunur.

Zülfiqar 1401 birgə təlimi zamanı Mühacir 6, Arəş və … dronların manevrlərindən

Daha çox oxuyun:
Hərbi Məlumat: Mühacir-6 Döyüş Kəşfiyyat Dronu
Hərbi Məlumat: Arəş-2 Kamikadze Dronu; Dünyanın ən uzun mənzilli dronu!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir