Fələstində baş verən son hadisələr, 31 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin müdafiə naziri Benni Qantz bu rejimin Hərbi Hava Qüvvələrinin pilotlarının məzuniyyət mərasimində çıxışı zamanı pilotlara deyib: “İki və ya üç ilə, siz səmada şərqə uça və İrandakı nüvə obyektlərinə hücumda iştirak edə bilərsiniz”.
– Dekabrın 28-də Fələstin Müqavimət Dəstələrinin Birgə Əməliyyat Otağı müqavimətin xüsusi təyinatlılarının iştirakı ilə Qəzza zolağının şimalı sərhədləri yaxınlığında “Əl-Rukn Əl-Şədid 3” təliminin keçirildiyini elan edib.
Daha çox oxuyun: Fələstin müqavimət dəstələrinin Qəzzada birgə təlimi baş tutub + VİDEO və FOTO
– Dekabrın 28-də İbrani mediası sionist rejimin “Yamam” xüsusi təyinatlı dəstəsinin 5 əməkdaşının qəza nəticəsində həlak olduğunu bildirdi.
– Dekabrın 28-də İsrail rejiminin hərbi naziri Benni Qantz bu rejimin Hərbi Hava Qüvvələrinin pilotlarının məzuniyyət mərasimində çıxışı zamanı pilotlara dedi: “İki və ya üç ilə, siz səmada şərqə uça və İrandakı nüvə obyektlərinə hücumda iştirak edə bilərsiniz”.
– İsrailli jurnalist Jilly Cohen İsrailin baş naziri Benyamin Netanyahunun Gilad Erdanın bu rejimin BMT-dəki səfiri vəzifəsini daha bir il uzatdığını açıqlayıb.
– Dekabrın 29-da sionist televiziya kanalı 7 İsraillilərin Təl-Əvivdə sağçı və ekstremist Benyamin Netanyahunun hökumətinə qarşı kütləvi etiraz nümayişlərini elan etdi.
– Qətərin Xarici İşlər Nazirliyi baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sionist rejimin yeni hökumətinin Fələstin torpaqlarında yaşayış məntəqələrinin inkişafı və Qüds şəhərinin yəhudiləşdirilməsi istiqamətində planlarını pisləyib.
– Kan kanalı elan etdi ki, İsrail rejiminin müdafiə naziri Benni Qantz orduya siyasi və təhlükəsizlik baxımından cəbhələrdən birində qarşıdurma ehtimalına hazırlaşmaq əmri verib.
– İsrail rejiminin Fransadakı səfiri Yael Jarman baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni radikal və ekstremist hökumətə etiraz olaraq tutduğu vəzifədən istefa verib.
– Dekabrın 30-da Sionist Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi bu rejimin yeni müharibə naziri Yoav Qalant ilə görüşüb və ordunun əməliyyat bölgələrindəki əməliyyat və kəşfiyyat vəziyyəti barədə ona məlumat verib.
– Son 24 saat ərzində 3 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
Rəy