Suriyadakı Əl-Ömər neft yatağında Amerika mövqelərinə raket zərbələri endirilib

Şənbə 31 Dekabr 2022 - 19:20
https://az.iswnews.com/?p=17027

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında amerikalı işğalçıların mövqeləri raketlərlə hədəfə alınıb.

İslam Dünyası Xəbərlərinin cəbhə qaynağının açıqlamalarına görə, dekabrın 29-da baş vermiş raket hücumundan yaralıları daşımaq üçün Amerika helikopterləri Yaşıl Bölgəyə daxil olub.

Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin müqavimət qüvvələrinin Suriyanın şərqindəki Amerika işğalçılarının mövqelərinə etdikləri hücumlarına nəzər salsaq, bu hücumun Deyr əz-Zor vilayətində yerləşən müqavimət dəstələri tərəfindən həyata keçirildiyi ehtimal edilir.

2022-ci ilin son ayları ərzində Suriyanın şərqindəki ABŞ bazaları sonuncu hücum kimi bir neçə raket və dron hücumu ilə hədəfə alınıb.

Amerika və onun müttəfiq qüvvələri 2014-cü ildə İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə Suriyaya hücum keçdi. İndi Deyr əz-Zor, Raqqa və Həsəkə əyalətlərinin böyük bir hissəsi Amerika qüvvələrinin və onun dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır. 2015-ci ildən ABŞ komandanlığı Suriyanın enerji resurslarına nəzarət etmək məqsədi ilə Suriyanın şərqində Fərat çayı boyunca neft yataqlarında bir neçə hərbi baza yaradıb.

Suriya rəsmiləri Suriyanın ABŞ-ın bir neçə ildir işğal altında saxlaması və müharibə şəraitində olan bu ölkənin zəngin neft ehtiyatlarının ABŞ tərəfindən talan edilməsinin Suriyanın neft və qaz sektoruna 107,1 milyard dollar ziyan vurduğunu açıqlayıb.

Suriya hökuməti və müttəfiqləri 2017-ci ilin sonunda İŞİD-in məğlub olduğunu elan etsə də, ABŞ hələ də ölkənin bəzi hissələrini işğal edir və tərk etməkdən imtina edir. Dəməşq və müttəfiqləri ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu açıq-aşkar işğal kimi qiymətləndirir, lakin həmişə olduğu kimi, beynəlxalq təşkilatlar ABŞ-ın hərəkətlərinə göz yumur və bu ölkənin resurslarının talanması davam edir.

Daha çox oxuyun: Əl-Ömər neft yatağına raket hücumu; İki Amerika əsgəri yaralanıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir