Fələstin müqavimət dəstələrinin Qəzzada birgə təlimi baş tutub + VİDEO və FOTO

Cümə axşamı 29 Dekabr 2022 - 21:58
https://az.iswnews.com/?p=16974

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin Müqavimət Dəstələrinin Birgə Əməliyyat Otağı Qəzzada “Ər-Rukn Əl-Şədid 3” təliminin keçirildiyini açıqlayıb.

Fələstin Müqavimət Dəstələrinin Birgə Əməliyyat Otağı dekabrın 28-də bir bəyanat yayaraq, Qəzza zolağının şimalındakı sərhədlərin yaxınlığında müqavimət dəstələrinin xüsusi təyinatlılarının iştirakı ilə “Ər-Rukn Əl-Şədid 3” təliminin keçirildiyini elan edib.

Bu bəyanatda deyilir:

“Bu hərbi təlim müqavimət qüvvələrinin fövqəladə hadisələrə reaksiya sürətini müəyyən etmək və düşmənin hücumlarını dəf etmək üçün döyüşçülərin hazırlığını yoxlamaq məqsədilə keçirilib. Həmçinin bu təlimdə müxtəlif taktiki ssenarilər, xüsusən də düşmən xəttinin arxasındakı hücum və sionist əsgərlərin əsir götürülməsi simulyasiya edilib. Bu təlim müqavimət dəstələrinin xüsusi təyinatlılarının birgə təkmilləşdirilmiş təlimlərinin nəticəsidir.

Fələstin Müqavimət Dəstələrinin Birgə Əməliyyat Otağının elanına görə, bu təlim müqavimətin düşmənlə üz-üzə gəlmək və Fələstinin müqəddəslərini və əqidələrini təhlükəyə salan bütün çağırışlara qarşı durmaq üçün səylərin birləşdirilməsinin zəruriliyinə olan inamının nə dərəcədə olduğunu göstərir.

Qeyd edək ki, Fələstin müqavimət dəstələrinin iştirakı ilə Qəzza zolağında 2020-ci il dekabrın 29-da “Ər-Rukn Əl-Şədid 1”, 2021-ci il dekabrın 26-da isə “Ər-Rukn Əl-Şədid 2” təlimi keçirilmişdir.

“Ər-Rukn Əl-Şədid 3” təliminin videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir