Səfirin dini hövzəyə səfərinə ruhanilər münasibət bildirdi – Ayıq olmaq lazımdır
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə fevralın 19-u Şərqi Azərbaycan Vilayətinə səfəri çərçivəsində İranın Cəmiətül Mustafa Universitetinin Təbriz filialında təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Bu səfərlə bağlı Şeyx Orxan Məmmədov və Şeyx Sərxan Məmmədovun fikirlərini öyrənməyə çalışdıq.
Azərbaycanın İrandakı səfirinin İranın Əl-Mustafa universitetinin Təbriz filialına baş çəkməsini necə qiymətləndirirsiniz?
İmam Xamenei “Siyasi Təhlil Metodu” kitabında hadisələrə yanaşmanı iki yerə bölür; Birinci yanaşma sırf hadisənin özünə, ikinci yanaşma hadisəyə daha ətraflı baxıb təhlil etməkdir.
Əgər biz hadisənin sırf zahiri tərəfinə baxıb fikir bildirsək, bir səfirin yad bir ölkədə öz vətəndaşları ilə maraqlanmasını müsbət bir hal kimi qiymətləndirmək olar. Amma ümumi baxışla baxsaq məsələnin digər tərəfi budur ki, Təbriz hövzəsi olduqca ayıq davranmalıdır. Çünki, Təbriz üçün din düşmənləri çirkin planlar cızıblar. Bu şöbənin qurulmasına Qafqaz Müsəlmanları İdarəsi çox can atırdı. Çünki onlar Azərbaycan tələbələrinin Qumda təhsil almasını istəmirdi. Onların planı bu idi ki, azərbaycanlı tələbələri Təbrizə çəkməklə onlara müəyyən vasitələrlə təsir qoya və konrtol altına ala bilsinlər. Biz QMİ-in tarixdə yaranma məqsədinə baxsaq görərik ki, bu qurum Əhli-Beyt (ə) məktəbini öz istədikləri tərəfə yönəltmək məqsədilə yaradılıb. Biz səfirin o hövzəyə səfərinə məhz bu prizmadan baxırıq.
Onların məqsədlərindən biri də vilayət məktəbində təhriflər icad etməkdir. Bu gün ümumiyyətlə tələbələr arasında dolayı və birbaşa yolla bunu təbliğ edirlər ki, vilayətçi qal, amma vilayət sənin üçün sadəcə vitrindəki gözəl vaza kimi olmalıdır.
Təbii ki, Təbrizdə təhsil alan əziz qardaşlarımız ayıq-sayıqdırlar və məsələləri dərindən təhlil edə bilirər.
-Sizcə rəsmilərlə dindar cəmiyyətin aparıcı şəxsləri arasında bu cür görüşlər dindarlarla hakimiyyət arasında münasibətləri normallaşdıra bilərmi?
Dindar cəmiyyətlə mövcud iqtidar arasında ideoloji uçurum mövcuddur. Əgər son 10 il ərzində hakimiyyətin din-dövlət münasibətləri adı altında fikirlərinə nəzər salsaq görərik ki, onlar münasibətlərin normallaşdırılması deyərkən dinin dövlətə tam tabe olmasını və “Azərbaycan islam modeli”ni nəzərdə tuturlar. Özləri də bu modeli rəsmi şəkildə elan ediblər. Burada məqsəd Əhli-Beyt məktəbini iqtidarın əlində alətə çevirməkdir. Bu mənada normallaşdırmanı heç bir vicdanlı ruhani qəbul edə bilməz. Zahirdə din dövlətdən ayrıdır desələr də, real olaraq dinin işlərinə qarışırlar. Hakimiyyət, dinlə olan münasibətini ağa-kölə münasibəti kimi görməyə çalışır. Biz buna imkan verməməli və buna qarşı qətiyyətlə mübarizə aparmalıyıq. Din, insanların həyatında həlledici rol oynamalı və iqtidar dinin əlində olmalıdır. Bunlar bir-birinə tam zidd olan müxtəlif yanaşmalardır. Ümumiyyətlə “din öz işində, hakimiyyət də öz işində” düşüncəsi praktiki olaraq qeyri-mümkündür və biz buna imkan verməməliyik. Söz və qüdrət sahibi din olmalıdır. Ağa da, qanunverici də, icraçı da din olmalıdır və biz buna çalışmalıyıq.
-Bir ruhani kimi dini təhsil alan tələbələrin hakimiyyətin bu jestlərinə necə reaksiya verməyini gözləyirsiniz?
Mən əsla belə düşünmürəm ki, hər hansı rəsmi şəxs tərəfindən atılan belə bir addım mütləq şəkildə bütün şəraitlərdə rədd edilməlidir. Sadəcə olaraq bu görüşlərdə hakimiyyət tərəfindən dindar cəmiyyətə olan təzyiqlərə toxunmaq lazımdır. Hakimiyyəti təmsil edən rəsmi şəxs soyuqqanlılıqla ölkədə dinə qarşı olan təzyiqlərə görə sorğulanmalıdır. Hər bir vətəndaşın hakimiyyəti təmsil edən şəxsdən dini mərasimlərin qadağan olunmasının səbəbini soruşmağa qanuni hüququ var.
Bir mühüm məsələ də budur ki, hakimiyyətin belə jestlərinə nikbin olmaq lazım deyil. İqtidarın dinə qarşı münasibətini nəzərə alsaq, düşünürəm ki, ən münasib reaksiya ehtiyat və aldanmamağa çalışmaqdır.
Demirəm ki, rəsmi şəxslərin sözü kəsilsin, onlara qulaq asılmasın. Sözləri dinlənilsin, ehtiramı da saxlanılsın, sadəcə olaraq onların bu jestlərinə ruhani tələbələr etibar etməməlidirlər. Əks halda mövcud iqtidarın qurduğu rels bizi hədəflərimizə çatdırmayacaq.
Düşünürəm ki, dini hövzədə təhsil alan əziz tələbələr hadisələri yaxından izləyir və belə şəraitlərdə necə addım atmaq lazım olduğunu özləri yaxşı bilirlər.
Azərbaycanın İrandakı səfirinin Təbrizə səfərinin hansı mesajları ola bilər?
Ölkəmizin İrandakı səfirinin Təbrizə son məlum səfərinin və bu səfər çərçivəsində o şəhərdə dini təhsil alan əziz ruhani tələbələrlə görüşünün, münasibətlərin normallaşması istiqamətində iki ölkə rəsmiləri arasında baş tutan görüşlərin davamı olduğunu düşünürəm. Əli Əlizadə Təbrizə səfəri ilə ilk növbədə Azərbaycanın İranla əlaqələrinin daha da genişləndirmək fikirinin olduğunu və əslində Əhli-Beyt (ə) məktəbinin ardıcılları ilə hakimiyyətin heç bir probleminin olmadığını çatdırmağa çalışır.
Bu da təbbi ki, iqtidarın İrana qarşı növbəti məkrli addımıdır. Mən burada sadəcə hakimiyyətin dindarlara qarşı amansız təzyiqlərinə toxunmaq istəyirəm. Azərbaycan hakimiyyətinin İran İslam Respublikasına olan münasibəti ruhanilərə qarşı atdığı addımlardan bəllidir. Azərbaycan hakimiyyəti belə məkrli jestlər əvəzinə ölkədə şiələrə qarşı uzun illərdir apardığı çirkin siyasətlərə son qoymalıdır. Uzun illərdir ki, Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə və bir çox ruhani və dindarlar haqsız yerə zindanlarda işgəncələrə məruz qalırlar. Bu gün Azərbaycanda ən sadə dini mərasimə görə dindarlar həbs edilir və cərimə olunurlar. Belə olan halda bucür səfərlər və süni jestlər hiylə və məkrdən başqa bir şey deyil.
Mənim Əl-Mustafa universitetindən gözləntim budur ki, gələcəkdə bu səfərlərin qarşısını alsın. Çünki bu səfərlərin tələbələrə heç bir faydası olmayacaq və bu hiyləgərcəsinə yaxınlaşmanın fəsadları qaçılmazdır. İllər öncə səfirin bu qədər rahatlıqla hövzələrə girməsi mümkün deyildi. Ümumiyyətlə hövzənin dövlətdən müstəqil siyasətə sahib olması prinsipinə ciddi yanaşmaq lazımdır.
Bir daha qeyd edirəm ki, səfirin hövzə tələbələri ilə görüşü və buna bənzər oyunları, hakimiyyətin guya hövzə tələbələri və dindar cəmiyyətin qayğısına qaldığını göstərməyə hesablanıb.
Sizcə hövzə tələbələrinin bu jestlər qarşısında reaksiyası nə olmalıdır?
Təbii ki, əziz hövzə tələbələri bu cür gülməli hiylələri çox yaxşı anlayırlar və onları belə jestlərlə aldada bilməzlər.
Bulara inanmaq olmaz bular çox alçaq tayfadı məncə əsas qorxduqları şey Huseyniyyun təşgillatının sosial bazasıdı
Salam. Əziz ruhani tələbələrimiz bu cürə Az. Hak-ti tərəfindən gələnlərə qarşı qətiyyətli rəftar nümayiş etmək lazımdır. Az. Respublikanın saxtakar hökumətinə açığ bəyanatlar göndərmək lazımdır.