Rusiya ordusu Ukrayna şəhərlərini Şahid-136 dronları ilə darmadağın edib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu “Şahid-136” kamikadze dronları və artilleriya ilə Xarkov, Dnepropetrovsk və Xerson şəhərlərində Ukrayna qüvvələrinin mövqelərinə hücum edib.
Rusiya ordusu ötən gecə və bu gün dekabrın 29-da səhər saatlarında Xarkov, Dnepropetrovsk və bir neçə başqa şəhərlərdə Ukrayna qüvvələrinin elektrik obyektinə və digər mövqelərinə bir neçə Şahid-136 kamikadze dronları ilə hücum edib. Həmçinin, bu hücumlarla eyni vaxtda Rusiya ordusunun artilleriyası Zaporojye, Xerson və Nikolayev cəbhələrində Ukrayna qüvvələrinin mövqelərinə hücum edib.
Ukrayna mətbuatının məlumatına görə, Xarkov vilayətində doqquz, Dnepropetrovskda beş, Zaporojyada iki, Nikolayevdə iki və Xersonda iki dron hücumu müşahidə edilib.
Qeyd edək ki, aşağıdakı videolar Rusiya dronlarının Xarkov və Dnepropetrovsk şəhərlərini vurması ilə bağlıdır və indiyədək Zaporojye, Nikolayev və Xersonda heç bir hadisə müşahidə edilməyib və dərc olunmayıb. Odur ki, ola bilsin ki, Ukrayna mediası dron hücumlarını artilleriya hücumlarından fərqləndirməkdə səhv edib və cənub əyalətlərinin səması üzərindən uçan Şahid-136 dronlarının səsini bu ərazilərdə onların hücumu kimi qiymətləndirib.
Daha çox oxuyun:
Ukrayna dronları Engels aviabazasına hava zərbələri endirib + VİDEO
Şahid 136 dronları Ukrayna ordusunun infrastrukturuna ağır hava zərbələri endirib + VİDEO və FOTO
Rəy