Ukrayna dronları Engels aviabazasına hava zərbələri endirib + VİDEO

Bazar ertəsi 26 Dekabr 2022 - 17:29
https://az.iswnews.com/?p=16860

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusu Rusiyanın qərbində yerləşən Engels hərbi bazasına bir və ya bir neçə kamikadze dronu ilə hücum edib.

Bu gün səhər saatlarında Saratov şəhərindəki yerli mənbələr Engels aviabazasında partlayışın baş verdiyini, həmçinin Saratov şəhərində həyəcan siqnalı səsinin eşidildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu partlayışa səbəb Engels aviabazasının yaxınlığında Ukraynaya məxsus dronun məhv edilməsi olub. Bu nazirliyin məlumatına görə, bu hücumda 3 rus əsgəri yaralanıb və onların vəziyyətinin ağır olduğu bildirilir.

Engels aviabazası Rusiya ordusunun Tupolev 95 və Tupolev 160 strateji bombardmançılarının yerləşdiyi yerdir və eyni zamanda Ukraynaya qarşı irimiqyaslı raket əməliyyatlarının əksəriyyətinin mənşəyidir.

Qeyd edək ki, Ukrayna ordusu bundan əvvəl dekabrın 5-də Tu-140 kamikadze dronları ilə Ryazan vilayətinin Diaqilev hərbi hava limanına və Saratov vilayətinin Engels hava limanına hücum etmişdir.

Daha çox oxuyun: Ukrayna Saratov və Ryazana kamikadze dronlarla zərbələr endirib + VIDEO

Engels bazasında partlayış anı
Saratovda həyəcan siqnalı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir