İsraillə Orta Asiya ölkələri arasında mühüm görüş keçirilib

Bazar ertəsi 26 Dekabr 2022 - 16:48
https://az.iswnews.com/?p=16855

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin Xarici İşlər Nazirliyi sərhəd məsələləri, terrorizm və narkotiklərlə mübarizə, kibertəhlükəsizlik, çirkli pulların yuyulması və s. mövzularda Orta Asiya ölkələrindən iki diplomatik nümayəndə heyətinə ev sahibliyi və danışıqlar apardığını açıqlayıb.

İsrail rejiminin Xarici İşlər Nazirliyinin dekabrın 20-də verdiyi açıqlamaya görə, sionistlər ötən ay ərzində Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan ölkələri də daxil olmaqla, Orta Asiya regionunun iki rəsmi nümayəndə heyətini qəbul ediblər.

Orta Asiya ölkələrinin nümayəndələri iki ayrı səfərdə sionist rejimin təhlükəsizlik qurumları və müxtəlif nazirlikləri ilə sərhədlərin mühafizəsi, terrorizm, narkotik və müxtəlif cinayətlərlə mübarizə, kiber təhlükəsizlik və çirkli pulların yuyulması məsələləri ilə bağlı görüşlər keçiriblər. Birinci nümayəndə heyətinə, əksəriyyəti yaşı 30-dan az olan və bu ölkələrin rəsmiləri sırasında sayılan Orta Asiya ölkələrinin rəsmiləri və gənc nümayəndələri daxil olub və onlar təxminən üç həftə əvvəl İsrailə səfər ediblər. İkinci nümayəndə heyətinə bu ölkələrin 25 yüksək vəzifəli rəsmisi daxil olub və ötən həftənin əvvəlində işğal olunmuş ərazilərə daxil olub.

Orta Asiyada baş verən son hadisələri və İsrail ilə bu region ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına dair çoxsaylı hesabatları nəzərə alsaq, İran çox da uzaq olmayan gələcəkdə bu regionda yeni təhlükəsizlik və iqtisadi təhdidlər və çağırışlarla üzləşəcək.

Daha çox oxuyun: Orta Asiyada baş verən son hadisələr, 6 Dekabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir