Suriyanın Əl-Bab şəhərinə dron hücumuna görə məsuliyyəti İngiltərə öz üzərinə götürüb

Bazar 25 Dekabr 2022 - 22:28
https://az.iswnews.com/?p=16843

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi Suriyanın Hələb vilayətindəki Əl-Bab şəhərində İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən birinin yerləşdiyi yerə keçən həftə etdiyi dron hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

İngiltərə Müdafiə Nazirliyi bu gün dekabrın 25-də bəyanat yayaraq çərşənbə axşamı (20 dekabr) Suriyanın Hələb vilayətində yerləşən Əl-Bab şəhərindəki hədəflərə dron hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bu bəyanatda deyilir:

“Suriyanın şimalındakı Əl-Bab şəhərində yerləşən bir binaya baxış keçirildikdən sonra İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən birinin bu yerdə olduğu müəyyən edilib və təsdiqləndikdən sonra hədəfə doğru “Reaper” dronundan iki Hellfire raketi atılıb”.

Qeyd edək ki, İngiltərənin dron hücumuna aid Suriyadakı əməliyyatı Amerika koalisiyasının komandanlığı altında “Kölgə əməliyyatı” adı ilə həyata keçirilir. Bu əməliyyat İngiltərənin Hərbi Hava Qüvvələri tərəfindən 2014-cü ilin avqustundan İŞİD terror qruplaşması ilə mübarizə məqsədi ilə başlayıb.

Qeyd edək ki, dekabrın 20-də Amerika koalisiyasına məxsus dronlar Hələb vilayətində yerləşən Əl-Bab şəhərinin “Xolo” məhəlləsindəki binanı hədəfə almış və hadisədən bir neçə dəqiqə sonra İŞİD terror qruplaşmasının komandirlərindən biri olan “Bəsaa Əhməd Əl-Səvadi” ləqəbli Əbu Yasir Əl-Yəməni Amerika koalisiyasının dronları tərəfindən hədəfə alınıb və ağır yaralanması barədə məlumat yayımlanmışdır. O, xəsarət aldıqdan sonra tibb mərkəzinə aparılsa da, səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın Əl-Bab şəhərinə dronlarla hava zərbələri endirib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir