Səudiyyə Ərəbistanı Yəmən cənublularından Əl-Anad bazasına nəzarəti geri alıb

Bazar 25 Dekabr 2022 - 19:10
https://az.iswnews.com/?p=16832

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr Yəmənin Cənub Keçid Şurasının silahlı qüvvələrini və sudanlı muzdluları Ləhic əyalətindəki Əl-Anad bazasından çıxararaq bu strateji bazaya nəzarəti ələ keçirib.

Səudiyyə koalisiyasının komanda otağının Yəmənin Cənub Keçid Şurası qüvvələrinin və sudanlı muzdluların Ləhic əyalətindəki Əl-Anad bazasından çıxarılması və Əl-Dərul-Vətən (Millətin Müdafiəçisi) qüvvələrinin bu mühüm yerə yerləşdirilməsinə dair əmrinin verilməsindən sonra cənublularla Səudiyyə Ərəbistanı arasındakı gərginliyi artırıb.
Əl-Dərul-Vətən qüvvələrinin Cənub Keçid Şurasının silahlı qüvvələrinin 1-ci briqadasının Əl-Anad bazasına daxil olmasının qarşısını alması və hər iki tərəfin silahlı qüvvələrinin bu ərazidə döyüş mövqeyi tutması bu gərginliyi daha da artırıb.

Gərginliyin artması ilə birgə, bu gün, dekabrın 25-də Sudan qüvvələri Əl-Anad bazasındakı mövqelərini boşaldıb və Əl-Dərul-Vətən qüvvələrinə təhvil verib. Bu vəziyyətlə cənubluların Əl-Anad bazası ətrafından geri çəkilmə ehtimalı da artır.

Əl-Dərul-Vətən (Vətən Müdafiəçisi) qüvvələri bu il noyabrın sonunda Səudiyyə Ərəbistanının dəstəyi ilə, Həzərmut əyalətində Səudiyyə tərəfdarı olan qəbilələrin Sağir bin ƏzizTariq Salehin vasitəsi ilə yaradılmış qüvvələr, həmçinin Əl-Yəmən Əl-Səid (Sağir bin Əzizə tabe olan) və Ləhic əyalətinin qərbində Tariq Saleh tərəfdarı olan qüvvələrdən yaradılmış milislərdir.

Şübhəsiz ki, bu hadisələr Səudiyyə Ərəbistanında Cənub Keçid Şurasının rəhbəri İdrus Əl-Zubeydinin ev dustaqlığı ilə əlaqəsiz deyil və bu, Səudiyyənin Yəmənin cənub-qərbinin strateji nöqtələrində cənubluların gücünü məhdudlaşdırmaq cəhdləri planını göstərir.

Daha çox oxuyun: General-mayor Sabet Cavas öldürüldü

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir