İranın regionun tranzit xəritəsindən çıxarılması üçün cızılan böyük layihə nədir?

Şənbə 24 Dekabr 2022 - 22:15
https://az.iswnews.com/?p=16822

Mərkəzi və Qərbi Asiyanın müxtəlif regionlarında tranzit sahəsində mühüm və davam edən qarşılıqlı əlaqələr, Qərb ölkələrinin İranı regionda tranzit fəaliyyətindən kənarlaşdırmaq layihəsinin həyata keçirilməsinin göstəricisidir.

Tacikistan prezidenti Emoməli Rəhmon bu yaxınlarda Pakistana iki günlük səfər edib və bu ölkənin baş naziri Şehbaz Şəriflə görüşüb və söhbət edib. Bundan əvvəl və ötən il Qazaxıstan, Özbəkistan və Misirdə keçirilən müxtəlif sammitlər çərçivəsində Rəhmon və Şərif arasında ikitərəfli görüşlər keçirilmişdir. Bu görüşlər zamanı Əfqanıstandakı vəziyyət, terrorizm və ekstremizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və regional problemlər kimi bir çox mövzular mübadiləsi aparılsa da, görünən odur ki, Tacikistan və Pakistan arasında danışılan, bütün görüşlərdə müzakirə olunan və həmçinin Rəhmonun İslamabada son səfəri zamanı barəsində qərar qəbul olunan “Tacikistanın Pakistanın cənubundakı Kəraçi və Gvadar limanlarına çıxışı” planı müzakirə edilib və razılıqlar əldə olunub.

Bu səfər zamanı elmi, iqtisadi və təhlükəsizlik sahələrində səkkizə yaxın əməkdaşlıq sənədi imzalanmışdır ki, bunlardan ən mühümü aşağıdakı iki başlıqda qısaldılmış mövzulardır:
1- Tacikistan və Pakistan arasında tranzit müqaviləsi
2- Gömrük xidmətləri arasında elektron məlumat mübadiləsinin təşkilinə dair memorandum

Rəhmonun Tacikistanın Pakistan limanlarına çıxışı üçün Şərifə müraciət etməsi məsələsi onun tərəfindən qısa müddət ərzində gündəmə gətirilib və o qədər də diqqət yetirilməyib. Amma regionda yeni qarşılıqlı əlaqələrin yaranması ilə bu məsələdə ciddi planın arxa fonda olduğu görünür.

Digər tərəfdən, son günlərdə Özbəkistan və Pakistan rəsmiləri arasında danışıqlar aparılıb və Pakistan gömrük rəsmilərindən ibarət nümayəndə heyəti “Mərkəzi Asiyanı Pakistana birləşdirəcək dəmir yolu” layihəsinin Trans-Əfqan dəmir yolu dəhlizi vasitəsi ilə baxmaq və həyata keçirmək məqsədilə Özbəkistana səfər edib.
Bir sıra məlumatlara görə, bu dəmir yolunun ildə 20 milyon tona qədər yük daşımaq gücünə malik olacağı və istismara verildikdən sonra Özbəkistandan Pakistana tranzit yüklərin tranzit müddətini 35 gündən 3-5 günə endirəcəyi gözlənilir. Bu dəmir yolu xəttinin uzunluğunun 573 kilometr, tikinti müddəti isə təxminən beş il nəzərdə tutulub.

Pakistan-Çin İqtisadi Dəhlizinin CPEC (mavi rəng) və Mərkəzi Asiya ölkələrinə Pakistan tranzit xətti QTTA (qırmızı rəng) xəritəsi

Eyni zamanda, Mərkəzi və Qərbi Asiya regionunda digər mühüm və davam edən qarşılıqlı əlaqələri nəzərdən keçirək:

A- Pakistanın Türkiyə ilə hərbi sahədə sıx əməkdaşlığı, məsələn, Türkiyədən hərbi gəmilərin alınması razılaşması və bu iki ölkənin təhlükəsizlik və iqtisadi məsələlərdə regional sinerjisi
B- Çinin Mərkəzi Asiya regionuna iqtisadi baxımdan nəzər saldığı və Çinə mal ixracı və enerji idxalı marşrutlarını asanlaşdıran “Orta Dəhliz” və “Trans-Əfqan” dəhlizi kimi tranzit dəhlizlərinə sərmayə qoyduğu barədə məlumatların olması
C- Çinin Fars körfəzi ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq üçün iqtisadi perspektivləri
D- Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranın bu bölgədəki təsirini təcrid etmək və aradan qaldırmaq məqsədi ilə Orta Asiyada fəal mövcudluğu, o cümlədən bu regionda strateji layihələrə sərmayə qoyması
E- BƏƏ-nin Qırğızıstanla Orta Asiya ilə ticarəti genişləndirmək üçün Abu Dabidəki Kizad iqtisadi zonasında 300.000 kvadratmetr ərazinin verilməsinə dair razılaşma
F- Ərdoğanın Orta Asiyada “Türkdilli Ölkələrin Təşkilatı”“Orta Dəhliz” kimi təşəbbüsləri
G- Bu regionun böyük layihələri və “Orta Dəhliz” planı üzrə Avropa İttifaqının dəstəyi və sərmayəsi
H- Amerikanın fəal iştirakı və Mərkəzi Asiya ölkələrini Rusiya ilə ənənəvi iqtisadi əlaqələrini pozmağa təhrik və şirnikləndirmək

Qısaca qeyd olunanları nəzərə alsaq, İran istisna olmaqla, regionda şərq-qərb xəttində Çini Türkiyəyə, daha sonra isə Avropaya birləşdirəcək böyük bir tranzit strukturunun yaradılmasının gündəmdə olduğunu göstərir. Bu tranzit xətti şimalı cənuba və eləcədə Mərkəzi Asiyanı Kəraçi və Gvadar limanlarına və açıq sulara birləşdirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir