Təhrik-e-Taliban hücumları artıq Pakistanın paytaxtına çatıb + VİDEO

Şənbə 24 Dekabr 2022 - 14:52
https://az.iswnews.com/?p=16796

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslamabad şəhərinin girişində “Təhrik-e-Taliban Pakistan” qruplaşmasının agentinin kamikadze hücumu nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

Dekabrın 23-də cümə günü səhər Pakistanın paytaxtı İslamabadın I-10 məntəqəsinin girişində Təhrik-e-Taliban Pakistan (TTP) üzvü tərəfindən kamikadze hücumu nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

Partlayış İslamabad polisi nəzarət-buraxılış məntəqəsində partlayıcı maddə daşıyan avtomobili aşkar etmək üçün təcili axtarış apararkən baş verib. Şübhəli avtomobilin daxilində, polisin saxla və axtarış əmrinə məhəl qoymayan sərnişin kişi və qadın olub. Polis onları təqib etdikdən sonra avtomobillərini partladıblar.

Baxmayaraq ki, bu şəhərdə yoxlama və təhlükəsizlik çox yüksək səviyyədədir, amma Təhrik-e-Taliban Pakistanın terror fəaliyyətləri bu ölkənin paytaxtına çatıb. Buna görə də bu hücum Pakistan hökuməti üçün böyük bir təhlükəsizlik mesajıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir