Sionistlərin Nablusa hücumları nəticəsində fələstinli gənc şəhid olub + FOTO

Cümə 23 Dekabr 2022 - 17:18
https://az.iswnews.com/?p=16781

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə etdiyi hücum nəticəsində bir fələstinli gənc şəhid olub, beş nəfər isə yaralanıb.

Sionist rejim hərbçiləri dekabrın 22-i səhər saatlarında sionist mühacirlərin Həzrət Yusifin (ə) məqbərəsində olması üçün hazırlıq görmək məqsədilə İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə basqın ediblər.

İsrail hərbçiləri Nablus şəhərinə hücum etdikdən sonra bu şəhərin şərqində yerləşən Əmman prospektində Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı toqquşmaya başlayıb.

Münaqişənin davamında İsrail qüvvələri fələstinlilərə qarşı gözyaşardıcı qaz və döyüş güllələri ataraq “Əhməd Atif Mustafa Dərağimə” adlı 23 yaşlı gənci şəhid edib, 5 nəfəri isə yaralayıblar.

Sionistlər tərəfindən şəhid edilən 23 yaşlı fələstinli Əhməd Atif Mustafa Dərağimə

Xatırladaq ki, bu il dekabrın 18-də İsrail əsgərləri Nablus şəhərindəki Əskər düşərgəsinə basqın edərək, bu ərazidəki evi mühasirəyə aldıqdan sonra “Musa Ən-Nəqib” adlı fələstinlini əsir götürmüşdülər.

Daha çox oxuyun: Fələstində baş verən son hadisələr, 19 Dekabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir