İlham Əliyev Naxçıvana yeni nümayəndə təyin edib

Cümə axşamı 22 Dekabr 2022 - 22:13
https://az.iswnews.com/?p=16757

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərtaca istinadən xəbər verir ki, dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

Qəbulda İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında böyük infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub.

Həmçinin bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

Qeyd edək ki, Fuad Vahid oğlu Nəcəfli daha əvvəl 2020-ci ilin fevralında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.

Bu vəzifəsindən daha əvvəl isə o, “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir