İraq Kürdüstanı Vətənpərvərlər İttifaqının rəhbəri Suriya Demokratik Qüvvələrinin komandanı ilə görüşüb + FOTO

Çərşənbə 21 Dekabr 2022 - 17:21
https://az.iswnews.com/?p=16724

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Kürdüstanı Vətənpərvərlər İttifaqının rəhbəri Suriyanın şimal-şərqinə səfəri zamanı Suriya Demokratik Qüvvələrinin komandanı ilə görüşüb və söhbət edib.

Dekabrın 20-də İraq Kürdüstanı Vətənpərvərlər İttifaqının rəhbəri Bafel Talibani və Süleymaniyyədə terrorla mübarizə idarəsinin rəhbəri Vəhhab Hələbçinin Suriyanın Həsəkə vilayətinə səfəri zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdi ilə görüşüb və söhbət ediblər.

Amerikanın İraq və Suriyadakı koalisiya qüvvələrinin komandanı Mitto Makfarleynin də iştirak etdiyi bu iclasda Suriyanın şimal-şərq bölgələrində baş verən son siyasi və hərbi dəyişikliklər, bölgənin problemlərinin sülh yolu ilə həlli, İŞİD təhlükəsi və onun məxfi ünsürləri və kiçik mərkəzləri, qonşu ölkələrlə yaxşı münasibətlərin saxlanması və demokratik qüvvələrlə Vətənpərvərlər İttifaqının arasında möhkəm əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparılıb

Qeyd edək ki, Talibani ilk dəfədir ki, Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərə səfər edir. Talibaninin bu həssas dövrdə Həsəkəyə səfəri və Türkiyənin Suriyanın şimalında yeni əməliyyatlarının başlaması ilə bağlı fərziyyələrlə eyni vaxtda onun əlaqələri gücləndirməyə və Suriya Demokratik Qüvvələrinə dəstək verməyə çalışdığını göstərir. Əbdi də bu səbəblə Həsəkəyə etdiyi səfər və bu məsələni və səfərinin həssaslığını anladığı üçün Talibaniyə təşəkkür edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir