Azərbaycan – Amerikanın İran əleyhinə potensial məxfi silahı

Cümə 23 Dekabr 2022 - 11:40
https://az.iswnews.com/?p=16707

Bu sekulyar müsəlman ölkəsi İran, Rusiya və terrorizmi (müqaviməti) uzaqlaşdırmaq üçün dəyərli müttəfiq ola bilər.

Bu sözlər “Jewish News Syndicate” saytının yazarı Erik Levineyə məxsusdur. Yəhudi Xəbər Birliyi (JNS) yəhudi dünyasına və İsrail rejiminə yönəlmiş, Amerikalı nüfuzlu yəhudi sponsorlar tərəfindən maliyyələşdirilən ingilisdilli xəbər-təhlil agentliyidir. Sionizmin Azərbaycan rəsmiləri ilə hərbi, siyasi və mədəni əlaqələri yeni məsələ deyil. Lakin son 3 ildə Qafqaz regionunda baş verən proseslərin sürətlənməsi səbəbindən sionizmin tərəfdarları indi daha çox İsrail və ABŞ-ın bölgədən sui-istifadə etməsi üçün Azərbaycanı öz məqsədlərinə daha uyğun görürlər. Onlar əvvəllər gizlətdiklərini indi daha aydın dilə gətirirlər. Odur ki, daha çox maariflənmək və İslam düşmənlərinin əsas məqsədlərini başa düşmək üçün bu araşdırmanı oxumaq məsləhət görülür.

ABŞ-ın xaricdə gücünü artırmasının yollarından biri də müttəfiqləri və strateji tərəfdaşları ilə münasibətləridir. NATO, İsrail, Yaponiya, Avstraliya, Cənubi Koreya, Tayvan və başqaları ilə ittifaq yaratmaq, demokratiyanın ümumi dəyərlərinə və insan hüquqlarına hörmətə əsaslanır. Onlar bizim milli təhlükəsizliyimiz üçün vacibdir.

Belə münasibətlərə əsas namizəd Azərbaycandır.

Azərbaycan Mərkəzi Asiyada yerləşir və dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir. Əfqanıstandan fəlakətli şəkildə geri çəkildikdən, xüsusən də Baqram bazasından Hərbi Hava Qüvvələrinin boşaldılmasından sonra Amerika Mərkəzi Asiyada kar və kor olub. Bu ölkənin terrorizmin (müqaviməti) fəaliyyətini izləmək, hərbi və kəşfiyyat əməliyyatları aparmaq üçün yeri yoxdur. Bu dəyişməlidir.

Aydındır ki, Amerikanın Mərkəzi Asiyada daha güclü olması milli təhlükəsizliyimiz üçün çox vacibdir. Azərbaycan bizə o strateji geosiyasi varlığı verə bilər. Yaxşı xəbər odur ki, onun prezidenti İlham Əliyevlə münasibətləri ələ keçir

Azərbaycan əksəriyyət şiə müsəlman ola bilər, amma sekulyar və İsrailyönlüdür. Sekulyar olduğu üçün onun, siyasi İslamı – məsələn, qonşu İranda tətbiq olunmuş kimi– həqiqi təhlükə kimi görür. Bu sekulyarlıq İsrail yəhudi dövlətinin Azərbaycanın təbii müttəfiqi olmasını izah edir. Bakı 1992-ci ildə, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini elan etməsindən az sonra İsraillə diplomatik əlaqələr qurub. O vaxtdan bəri Azərbaycan Yerusəlimdən 1,6 milyard dollardan çox qabaqcıl silah sistemləri alıb.

İki həftə əvvəl Əliyev İsrailin strateji əhəmiyyətinin əlaməti və İsraillə münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addım kimi Tel-Əvivdə səfirliyin yaradılması haqqında sərəncam imzalayıb. Bu, Mərkəzi Asiya ölkəsini yəhudi dövlətində diplomatik nümayəndəlik yaradan ilk şiə müsəlman ölkəsi edir.

İsraillə isti münasibətlərinin əksi olaraq, Azərbaycan İran üçün ciddi təhlükədir. İranda əhalinin 15%-dən çoxunu təşkil edən 20 milyona yaxın “azəri” (İran azərbaycanlıları) yaşayır. Bir çox azərbaycanlılar Tehrandan çox Bakıya sadiqdirlər və Ayətullahları zəiflətmək üçün “Vətən”lə (Azərbyacan Respublikası ilə) gizli əməkdaşlıq etməyə hazırdırlar. Əslində, İran və nüvə proqramı haqqında İsrailin inanılmaz məlumatlarının mənbəyinin İran daxilindəki azəri əhalisi olduğuna inanmaq ağlabatan deyil.

Ola bilsin ki, Tehran-Bakı münaqişəsi və Azərbaycan-İsrail yaxın münasibətləri üçün Dağlıq Qarabağ bölgəsinə görə Azərbaycanla Ermənistan arasında son sərhəd müharibəsindən daha yaxşı nümunə yoxdur. Ermənistana qarşı Azərbaycanı İsrail və Türkiyə dəstəklədi.
Bakının qəti qələbəsi Rusiya və İran cəbhəsinin məğlubiyyəti, İsrail və Türkiyə müttəfiqlərimizin qələbəsi demək idi. Üstəlik, Bakı müharibədə istifadə olunan hərbi texnikanın böyük hissəsini kimdən aldığını dünyaya çəkinmədən söyləyə bildi: yəni İsrail.

Amerika və Azərbaycanın ümumi maraqları var. İkimiz də İranın düşməniyik. İran və Əfqanıstan kimi yerlərdən kənarda fəaliyyət göstərən radikal islam terrorizmindən (müqavimətdən) hər ikimiz narahatıq. Hər ikimiz İsraili güclü strateji müttəfiq kimi görürük. Rusiyanın Mərkəzi Asiyadakı pis davranışından hər ikimiz narahatıq.

Bizə onun ərazisindən Rusiya, İran və bölgədəki terror (müqavimət) fəaliyyətlərini izləmək üçün baza kimi istifadə etməyə icazə vermək müqabilində biz Azərbaycana çox təhlükəli qonşu kənarında hərəkət etmək üçün lazım olan siyasi dəstək və hərbi texnika ilə təmin edə bilərik.

Əslində, lazım gələrsə, Azərbaycan İranın nüvə obyektlərinə hücumun başlanğıc nöqtəsi ola bilər.

Ümumi maraqları müzakirə etmək və strateji tərəfdaşlıq qurmaq üçün prezident və konqres nümayəndə heyətlərinin Azərbaycana göndərilməsinin vaxtı çatıb.

Mənbə: Azerbaijan, America’s potential secret weapon

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir