Fələstində baş verən son hadisələr, 19 Dekabr 2022

Bazar ertəsi 19 Dekabr 2022 - 22:24
https://az.iswnews.com/?p=16678

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 13 fələstinli İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

– HƏMAS-ın hərbi qolu olan Kətaib Əl-Qəssamın sözçüsü Əbu Ubeydə deyib: “Fələstinli məhbusları azad etmək bizim borcumuzdur və əsas prioritetlərimizdən biridir”.
– İslami müqavimət HƏMAS hərəkatı Mərakeş millisini 2022-ci ildə Qətər Dünya Çempionatında dördüncü yeri qazanması münasibətilə təbrik edib.
– İordan çayının qərb sahilinin şimalındakı sionist qəsəbələr şurasının rəhbəri Yossi Daqan bu bölgədəki müqavimət dəstələrini aradan aparmaq üçün Nablus keçidlərinin dərhal bağlanmasını və Nablus şəhərinə qarşı geniş hərbi əməliyyatın həyata keçirilməsini tələb edib.
– Son 24 saat ərzində 13 fələstinli İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarına cəhd ittihamı ilə sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
– HƏMAS hərəkatının yaradılmasının 35-ci ildönümü, çoxlu sayda insan və Fələstin müqavimətinin yüksək rütbəli komandirləri, o cümlədən HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri Yəhya Sinvarın iştirakı ilə keçirilib.

Daha çox oxuyun: Qəzzada HƏMAS hərəkatının yaranmasının 35-ci ildönümü qeyd olunub + FOTO

– Dekabrın 19-da sionist polis qüvvələrinin dəstəyi ilə onlarla yəhudi mühacir Məscidül-Əqsaya basqın edib.
– Dekabrın 19-da BMT-nin Yaxın Şərq üzrə sülh koordinatoru Tor Uinsland HƏMAS-ın Qəzzadakı siyasi ofisi rəhbərinin müavini doktor Xəlil Əl-Həyyənin başçılıq etdiyi HƏMAS liderlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
– Fələstin müqavimət qüvvələri İsrail ordusu qüvvələrinin Əl-Xəlil şimalında yerləşən Əl-Ərub düşərgəsi və Nablus şəhərindəki Əskər düşərgəsinə hücumuna cavab olaraq, Cənin yaxınlığında İsrail hərbçilərinə aid iki nəzarət məntəqəsini hədəfə alıb. Ölənlərin sayı və bu hücumun təfərrüatları barədə məlumat yoxdur.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 Dekabr 2022

– Dekabrın 19-da bir neçə gün əvvəl Cənin düşərgəsində İsrailin işğalçı qüvvələri ilə silahlı qarşıdurma zamanı yaralanan Cənin batalyonunun mühəndis bölməsinin döyüşçülərindən biri Tamer Nəşrəti aldığı xəsarətlərin ağırlığından şəhid olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir