Şahid 136 dronları Ukrayna ordusunun infrastrukturuna ağır hava zərbələri endirib + VİDEO və FOTO

Bazar ertəsi 19 Dekabr 2022 - 21:49
https://az.iswnews.com/?p=16669

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu bir neçə Şahid 136 kamikadze dronu ilə Obuxiv şəhərində və Kiyev vilayətinin digər bölgələrində Ukrayna qüvvələrinin mövqelərinə ağır hava zərbələri endirib.

Rusiya ordusu bu gün dekabrın 19-da səhər saatlarında Kiyev vilayətinin Obuxiv şəhərində və digər məntəqələrində Ukrayna qüvvələrinin mövqelərinə və elektrik infrastrukturuna bir neçə Şahid 136 kamikadze dronu ilə güclü hava hücuma keçib.

Nikolayev və Dnepropetrovsk vilayətlərinin səmasında eşidilən Rusiya dronlarının səslərinə görə, hücumların mənşəyi Ukraynanın cənub bölgələri (ehtimal ki, Krım yarımadasının hərbi bazaları) olub.
Kiyevdəki Ukrayna hərbi idarəsinin açıqlamalarına görə, bu hücumda paytaxtdakı mühüm infrastruktur obyektləri hədəf alınıb və Ukrayna ordusunun müdafiəsi bu hücumda istifadə edilən 35 drondan 30-nu vurmağa nail olub.

Onlayn xəritədə Obuxiv şəhərinə baxın

Ukrayna qüvvələrinin Rusiya dronlarına atəş açmaları
“Şahid 136” kamikadze dronlarının Kiyev şəhərində Ukrayna mövqelərinə zərbələr endirmələri
“Şahid 136” kamikadze dronlarının Kiyev şəhərində Ukrayna mövqelərinə zərbələr endirmələri
Kiyev şəhərinin elektrik stansiyalarında yanğının davam etməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir