Səğir bin Əziz İslah partiyasına müharibə elan etdi

Bazar 18 Dekabr 2022 - 23:29
https://az.iswnews.com/?p=16652

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərib şəhərində İslah partiyası qüvvələri ilə istefa vermiş Yəmən hökumətinin qüvvələri arasında qarşıdurmanın artmasının ardınca general-leytenant Səğir bin Əziz İslah Partiyası silahlıları ilə qarşıdurma əmri verib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərib şəhərində İslah partiyası qüvvələri ilə istefa vermiş Yəmən hökumətinin qüvvələri arasında qarşıdurmanın artmasının ardınca general-leytenant Səğir bin Əziz İslah Partiyası silahlıları ilə qarşıdurma əmri verib.

“İslah” partiyasının Məribdə kəşfiyyat-təhlükəsizlik əməliyyatlarını həyata keçirməsindən və istefa vermiş hökumət qüvvələri (Səğir bin Əziz qüvvələri) ilə Mərib qəbilələri arasında çoxsaylı qarşıdurmaların baş verməsindən sonra Məribin neft ərazilərinə nəzarət etmək üçün gərginlik artıb. Bununla əlaqədar general-leytenant Səğir bin Əziz İslah partiyasının silahlılarının 6-cı Hərbi Bölgənin hərbi bazalarından çıxarılması barədə göstəriş verib. Həmçinin bəzi yerli mənbələr Səğir bin Əzizin neft yatağına və Əl-Safir neft emalı zavoduna hücum etmək niyyətini açıqlayıb.

Bu gərginliklə eyni vaxtda Vadi Ubeydə bölgəsində Ali Fəcic və Ali Raşid Mənif qəbilələri silahlıları bir-biri ilə toqquşdu. Bu münaqişə hər iki tərəfin silahlıları arasında itki və dağıntılarla nəticələnib.

General-leytenant “Səğir Həmmud Əhməd Əziz” və ya Səğir bin Əziz Yəmənin istefa vermiş hökumətinin silahlı qüvvələrinin komandanıdır və onun həm də Yəmən Xalq Konqresi Partiyasının üzvü olmaq sabiqəsi var. Ənsarullah və Səudiyyə koalisiyasının Məribdəki döyüşləri zamanı BƏƏ və Tariq Salehin dəstəyi ilə Səğir bin Əziz Məribə göndərilib, bəzi bölgə və cəbhələrdə nəzarəti ələ keçirib. Onun Məribdəki varlığı Yəməndə atəşkəs elan edildikdən sonra da davam edib və İslah partiyası ilə istefa vermiş hökumət qüvvələri arasında yaranan gərginliklə yeni mərhələyə qədəm qoyub. İslah partiyası son günlər kəşfiyyat-təhlükəsizlik əməliyyatları zamanı Səğir bin Əzizə aid bəzi şəxsləri güllələyib və həbs edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir