Qəzzada HƏMAS hərəkatının yaranmasının 35-ci ildönümü qeyd olunub + FOTO

Şənbə 17 Dekabr 2022 - 18:50
https://az.iswnews.com/?p=16582

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qəzza zolağında Fələstin İslami müqavimət hərəkatının bir qrup komandirinin və fələstinlilərin geniş iştirakı ilə HƏMAS hərəkatının yaranmasının 35-ci ildönümü münasibətilə bağlı möhtəşəm tədbir keçirilib.

Dekabrın 14-də HƏMAS hərəkatının yaranmasının 35-ci ildönümü ilə bağlı mərasim çoxlu sayda insan və Fələstin müqavimətinin yüksək rütbəli komandirləri, o cümlədən HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri Yəhya Sinvarın iştirakı ilə keçirilib.

Yəhya Sinvar çıxışı zamanı Qüdsün və Fələstin torpaqlarının azad edilməsində bütün müqavimət qruplarını və şəhidləri salamlayaraq, Fələstin batalyonlarının və İordan çayının qərb sahilində yeni yaranan qrupların, xüsusilə də Ərinul-Usudun diqqətəlayiq nailiyyətlərinə işarə edib və deyib:

“Ərinul-Usuda salamlar. Onların təkcə Nablusda deyil, bütün ölkədə olmalarını bildirmək istəyirəm. Cənin və Nablusdakı müqavimət dəstələri millətimizi azad etmək və sionist düşmənə qarşı məqsədlərimizi reallaşdırmaq üçün yeganə yoldur”.

HƏMAS-ın bütün Fələstin dəstələri və cərəyanları ilə yaxın əlaqələrinə işarə edən Sinvar deyib:

“Fəth hərəkatının silahlı mübarizə bayrağını qaldırdığı günə qədər biz onlardan strateji cəhətdən ayrılmayacağıq, yalnız razılaşma məsələsində fikirlərimiz onlarla üst-üstə düşmür”.

O, daha sonra Fələstin Milli İdarəsi prezidenti Mahmud Abbasdan müqavimət planlarına qarşı işğalçı İsrail hökuməti ilə təhlükəsizlik sahəsində əməkdaşlığına və razılaşmalarına son qoymasını istəyib.

HƏMAS hərəkatının Fələstin müqaviməti məhbuslarını sionistlərin pəncəsindən azad etmək səylərinə toxunaraq, HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri əlavə edib:

“Son günlərdə HƏMAS, müqavimət məhbuslarını azad etmək üçün sionist rejimlə bir neçə mərhələ danışıqları öz öhdəliyinə götürüb”.

Bu kütləvi toplantıda HƏMAS-ın hərbi qolu olan Kətaib Əl-Qəssamın baş komandanı Məhəmməd Əl-Dzeif də videomüraciət göndərərək bütün şəhid ailələrinə minnətdarlığını bildirib və deyib: “Şəhidlərin yolunu davam etməyimizə söz veririk”.

Bu mərasimlə eyni vaxtda Qəzza səmasında Fələstinin bir sıra müqavimət dronları uçub. Həmçinin Fələstin müqavimət dəstələrinin bəzi nailiyyətləri və avadanlıqları sərgilənib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir