SDQ və Amerika koalisiyasının Suriyada birgə patrul əməliyyatları yenidən bərpa olunub!

Şənbə 17 Dekabr 2022 - 16:49
https://az.iswnews.com/?p=16573

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Suriya Demokratik Qüvvələrinin Amerika koalisiyası ilə Suriyada Türkiyənin hücumlarının artması səbəbindən dayandırılan birgə patrul əməliyyatları yenidən bərpa olunub.

Suriyadakı son hadisələrlə bağlı Vaşinqtonda keçirdiyi mətbuat konfransında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder Türkiyənin Suriyanın şimalındakı ehtimal olunan hərbi əməliyyatları barədə şərh verə bilməyəcəyini, lakin Pentaqonun sözçüsü kimi, Suriya Demokratik Qüvvələri (SDQ) ilə ABŞ-ın birgə əməliyyatların dekabrın 9-dan bərpa olunduğunu elan edə biləcəyini deyib.

Rayder bəyan edib ki, ABŞ-ın SDQ qüvvələri kimi yerli müttəfiqləri ilə əməkdaşlıq etməkdə məqsədi İŞİD terror qruplaşmasının fəaliyyətinin və yenidən genişlənməsinin qarşısını almaqdır.

Qeyd edək ki, bu il dekabrın 2-də Suriya Demokratik Qüvvələrinin (SDQ) rəsmi sözçüsü Aram Hana Türkiyə ordusunun Suriyanın şimal bölgələrinə endirdiyi artilleriya və hava zərbələri ilə eyni vaxtda SDQ qüvvələrinin Amerika koalisiyası ilə Suriyadakı birgə təhlükəsizlik əməliyyatlarının müvəqqəti dayandırıldığını elan etmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir