Rusiya ordusu yenidən Ukraynanın enerji stansiyalarına hücum edib + VİDEO

Cümə 16 Dekabr 2022 - 23:46
https://az.iswnews.com/?p=16554

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya Ordusu Ukraynanın enerji stansiyalarına bir neçə qanadlı raketlə hücum edib.

Bu gün 16 dekabr tarixində günorta saatlarında Rusiya ordusu, onlarla XA-101 və XA-55 qanadlı raketlərlə Kiyev, Nikolayev, Poltava, Kremençuq, Povelqorod, Sami, Xemelinsky, Xarkov, Zaporojye, Jitomir, Ternopol, Odessa, Vinnitsa, Kriviy Rih və s. hava zərbələri endirdi.

Bu hücumlar nəticəsində Ukraynanın müxtəlif şəhərlərində elektrik enerjisi, su və quru nəqliyyat dayandırıldı, ukraynalılar idə sığınacaqlara və metrolara daşındı.

Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı da bildirib ki, Ukrayna HHM-i ruslar tərəfindən atılan 76 raketdən 60-nı vurub.

Daha çox oxuyun:
Rusiya Ukraynaya qarşı kütləvi qanadlı raket hücumu həyata keçirib + VİDEO və FOTO
Rusiya qanadlı raketləri Ukrayna şəhərlərində elektrik enerjisini kəsib + FOTO

Bir neçə ay əvvəl düşünülmüş plana əsasən, Rusiya hərbçiləri müxtəlif qanadlı raket hücumlarını dayandırdılar və Ukrayna enerji obyektlərinin dağıdılması da daxil olmaqla strateji hədəflərə geniş miqyaslı hücumlar üçün bu raketləri saxladılar. Bundan öncə bu taktika Yəmən müharibəsində və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Amerika və İsrail əleyhinə hərbi və iri miqyaslı hücumlarında müşahidə olunub. Lakin taktikanın icrasında mühüm və lazimi fərq var. İran onların məlumat və kəşfiyyat yerlərini vurub, Yəmən Səudiyyənin neft yataqları və havalimanlarını vurub və Rusiya isə Ukraynanın elektrik enerjisi obyektlərini vurur.

Kiyev üzərində Rusiya qanadlı raketi
Dnepropetrovsk səmasında Rusiya qanadlı raketi
Kiyev şəhəri əhalisinin metroya sığınması
Rusiya raketlərinin Zaporojya elektrik stansiyasına zərbələri
Moldova səmasında olan təyyarədən çəkilmiş Rusiya raketlərinin hava zərbələri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir