Mərib qəbilələri İslah Partiyasının silahlıları ilə münaqişəyə girdilər
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Mərib şəhərində Əl-Dəmaşiqə və Əl-Həriqədan qəbilələri ilə İslah partiyasının silahlıları arasında toqquşma zamanı azı 15 nəfər ölüb, bir neçə insan yaralanıb.
Əl-Dəmaşiqə və Əl-Həriqədan qəbilələrinin silahlıları Əl-Rəvik məntəqəsi yaxınlığındakı Ğəvirəban yanacaq stansiyasına və istefa vermiş hökumətin neft tankerlərinə hücumları, onların İslah partiyası silahlıları ilə şiddətli silahlı insidentlərə səbəb olub. Yerli mənbələrin məlumatına görə, bu toqquşmalarda hər iki tərəfdən azı 15 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Bundan əlavə, silahlı qəbilələr tərəfindən iki zirehli maşın və iki neft məhsulları daşıyıcısı yandırılıb.
Yəməndə istefa vermiş hökumətin rəsmiləri ilə son müzakirələrdə Əl-Dəmaşiqə və Əl-Həriqədan qəbilələri Məribdəki neft paylarını artırmağı tələb ediblər, lakin onların tələbi laqeydlik və mənfi cavabla qarşılanıb. Tərəflər arasında gərginlik davam edir və Mərib və İslah Partiyası silahlılarının qəbilələri yaxın günlərdə baş verə biləcək münaqişələr üçün qüvvə və hərbi texnika toplayır.
Rəy