Hərbi Məlumat: JUMP 20 VTOL Kəşfiyyat Dronu

Çərşənbə 14 Dekabr 2022 - 22:49
https://az.iswnews.com/?p=16486

JUMP 20 dronu Amerikanın AeroVironment şirkəti tərəfindən istehsal edilmiş, qabaqcıl kəşfiyyat, müşahidə və nəzarət xidmətləri göstərmək üçün istifadə edilən sabit qanadlı şaquli uçan (şaquli uçuş və eniş – VTOL) dronudur.

Bu dron əsasən dəniz qüvvələri tərəfindən kəşfiyyat, müşahidə, nəzarət və axtarış-xilasetmə missiyalarında istifadə üçün nəzərdə tutulub. JUMP 20 dronu ilk dəfə 2014-cü ilin aprelində təqdim edilib və 2015-ci ilin yanvarında bir neçə sınaq uçuşu həyata keçirib.
Meksika Hərbi Dəniz Qüvvələri də JUMP 20-ni 2016-cı ilin may ayında, öz Hərbi Dəniz Qüvvələri üçün bu drondan satın aldıqdan təxminən iki ay sonra Meksika üzərində elan edilməmiş missiyalar üçün yerləşdirmişdir.

JUMP 20 dronu 9-16 saat uçuş müddəti və 185 kilometr əməliyyat məsafəsinə malikdir və şaquli uçuş qabiliyyətinə görə uçuş-enmə zolağına və ya eniş üçün katapult və paraşüt kimi buraxılış və bərpa sisteminə ehtiyac duymur.

JUMP 20 dronu kompozit materiallardan hazırlanmış monokok gövdəyə malikdir. Bu drondakı qanadların dizaynı yüksək qanadlı (high-wing) konfiqurasiyaya malik iki sabit qanaddır və dronun arxa quyruğu da T surətində konfiqurasiya edilib. Yüksək qanadlı (high-wing) konfiqurasiyada qanadlar təyyarənin əsas gövdəsinin üstündə yerləşir.

JUMP 20-nin necə qalxması və mühərriklərin səsinin həcmi

Şaquli qalxma və enmə qabiliyyəti qanadlara quraşdırılmış şaquli rotorlarla təmin edilir. Dronun universallığı şaquli uçuş qabiliyyəti (VTOL) ilə birlikdə aşağı əməliyyat xərcləri və artan yanacaq səmərəliliyi təmin edir. JUMP 20 şaquli dronu dörd vuruşlu EFI 190cc benzin mühərrikindən və qanadlar arasında iki kiçik dirəyə quraşdırılmış dörd elektrik mühərrikindən istifadə edir. EFI 190cc mühərrikinin əsaslı təmirə ehtiyacı üçün tələb olunan vaxtın təxminən 500 saat olduğu bildirilir.

Bu dronun uzunluğu 2,9 metr, qanadlarının uzunluğu 5,7 metr, maksimum uçuş çəkisi (yanacaq və yük) 97,5 kq-dır. Bu dron 60 dəqiqədən az müddətdə qurulub işə salına bilər və 13,6 kq-a (30 funt) qədər istifadə edilə bilən yükləmə qabiliyyətinə malikdir.

Bu taktiki dron yerüstü idarəetmə stansiyasından iki ekipaj tərəfindən idarə oluna bilər. JUMP 20, AeroVironment-in digər dronları ilə birgə avtopilot sistemi və yerüstü idarəetmə stansiyasına malikdir. Bu dron, əməliyyat və ya müştəri ehtiyaclarını ödəmək üçün xüsusi konfiqurasiya edilə bilən yüksək dərəcədə fərdiləşdirilə imkanına malik və modul platforma təklif edən dronudur.

JUMP 20 dronunun xüsusiyyətləri haqqında istehsalçı şirkətin açıqlaması
JUMP 20-nin qeyri sabit yer stansiyası tərəfindən idarə olunan uçuşunun və şaquli enişi etməsinin videosu

13,6 kq-a qədər yük daşımaq qabiliyyətinə görə, bu dron stabilizator, təsvirin işlənməsi və daxili izləmə ilə yanaşı, ARCAM 45D, görünən elektro-optik sensor və uzun mənzilli infraqırmızı MWIR kimi müxtəlif və təkmil sensorlardan istifadə edə bilər.

Bu dron üçün digər standart portativ seçimlərə TASE400, TASE400HD, TASE400DXR və TASE400LRS kimi Cloud Cap Technology-nin TASE seriyalı giroskopik/infraqırmızı (EO/IR) görüntü sabitləşdirmə sistemləri daxildir. EO/IR kameraları həm gündüz, həm də gecə real vaxt rejimində görüntü və video məlumatlarını və hədəf izləməni təmin edir. S-, L- və ya C-zolağında işləyən video və məlumat bağlantısı sensor məlumatlarını canlı olaraq yerdən idarəetmə stansiyasına ötürür.

JUMP 20 dronu, həmçinin standart naviqasiya işıqları, LiDAR, sintetik diafragma radarı (SAR), rabitə relesi, 3D xəritəçəkmə sensorları, rabitə kəşfiyyatı (COMINT) və elektron dinləmə (SIGINT) daxil olmaqla bir sıra digər sensorları da əhatə edir.

JUMP 20 taktiki dronu maksimum 72 km/saat sürətlə uça bilir və onun xidmət tavanı 4572 metrdir. Bu dron 125 km məsafədə məlumat ötürə bilir və daha uzun məsafələrdə peyk sistemlərindən istifadə tələb olunur.

JUMP 20 dronunun texniki xüsusiyyətləri:
Uzunluğu: 2,9 metr
Qanad uzunluğu: 5,7 metr
Maksimal uçuş çəkisi: 97,5 kq
Maksimal yük çəkisi: 13,6 kq
Maksimum sürət: 72 km/saat
Uçuş məsafəsi (məlumat bağlantısı diapazonu ilə məhdudlaşır): 185 km
Uçuş tavanı: 4572 metr
Uçuş müddəti: 9-16 saat
Mühərrik: MOGAS 190CC EFI
İstehsal: ABŞ

Tam ölçüdə baxmaq üçün klikləyin

JUMP 20 dronunun ingilis, rus, ərəb, fars və kürd dillərində poster toplusu:

Mənbə:
JUMP® 20
Defence-blog.com
Naval-technology.com

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir