Əliyevlərin Qarabağda “Qızıl” oyunu + VİDEO

Çərşənbə axşamı 13 Dekabr 2022 - 23:19
https://az.iswnews.com/?p=16442

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, YAP rejimi ekoloji məsələləri bəhanə edərək “AzerGold” şirkətinin nümayəndələrini Qarabağ bölgəsinə ezam edib. Rejimi qəzəbləndirən səbəb isə, onlara Qızılbulaq və Dəmirli yataqlarından heç bir payın çatmamasıdır.

İngilislər və türklər 44 günlük döyüşlərdən sonra azad olunmuş torpaqlarda zəngin və faydalı yataqları ələ keçirdilər və orada öz şirkətlərini təsis etdilər. İngilislər “AzerGold” şirkətini Kəlbəcərdəki qızıl yataqlarından və digər yerlərdən kobud şəkildə qovublar. “AzerGold” şirkəti Əliyevlər ailəsinə məxsusdur. NATO-nun üzvü, Turan proyektinin müəllifi və Azərbaycanı istismar edən BP şirkətinin sahibi olan İngiltərə, Əliyev ailəsini ölkəmizdə olan yataqların birindən qovur. Qəribə görünsə də, Əliyevlər ailəsi bunu rahat həzm edir. O zaman belə bir sual yaranır: Əliyevlər ailəsinə bu məsələni rahat həzm etdirən səbəb nədir?

Azərbaycan bir neçə gündür ki, Laçın dəhlizini bağlayıb. Bu nümayişlərdə iştirak edənlərdən bəziləri “AzerGold” şirkətinin işçiləridir. YAP rejiminin ekoloq adı ilə göndərdiyi “AzerGold” şirkətinin nümayəndələri, Qızılbulaq və Dəmirli yataqlarında monitorinq keçirtmək bəhanəsi ilə mədənlərə baş çəkmək istəyirlər. Hətta bu məsələ ilə bağlı yazılan yazılarda bir neçə yerdə AzerGold şirkətinin adı da gəlib. Təxminən bir neçə ay bundan öncə Qarabağ bölgəsində ermənilər öz baş nazirlərini dəyişdilər. Arayik Harutyunyanı Ruben Vardanyan ilə əvəzlədilər. Rusiyanın tanınmış milyarderlərindən olan, Vardaniyan, 1968-ci ildə Ermənistanda anadan olub. Ruben Vardaniyan Aprel döyüşlərində öz oğlunu savaşa göndərmişdir. O, bu il Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vənətdaşlığını qəbul etdi və Dağlıq Qarabağ bölgəsinə gəldi. R.Vardaniyan Rusiyaya bağlılığı ilə seçilir. Onun digər xüsusiyyəti Ermənistan rəsmiləri ilə əlaqələrinin yaxşı olmamasıdır. Xüsusən Paşinyanla rabitəsi pisdir. Gün kimi parıldayan məlum məsələlərdən biri, Paşinyanla Əliyevin eyni mərkəzdən idarə olunmalarıdır. Paşinyanın Fransa və İlham Əliyevin İngiltərəyə meyilli olması zahirdə aldadıcı görünə bilər. Son nəticə də İngiltərə və Fransa hər ikisi NATO üzvüdür. Buna əsasən deyə bilərik ki, Azərbaycan və Ermənistanın hansı oyun oynamasından asılı olmayaraq məqsəd NATO-ya xidmətdir. Hədəf isə erməni cəmiyyətinin zehnində Fransa timsalında, həmçinin Azərbaycan cəmiyyətinin zehnində İngiltərə və Türkiyə timsalında NATO-ya yer açmaqdır. Bunların hamısı Azərbaycanda şiə kimliyinə, İran İslam Respublikasına və müqavimət cəbhəsinə yönəlmiş oyun və proqramdır. Bu, həqiqətdə Qafqazda qumar oyunu və ya proxy müharibəsidir.

Bəs, hal hazırda Qarabağ bölgəsində nə baş verir? AzerGold şirkəti Əliyevlər ailəsi, xüsusən Leyla Əliyevaya aiddir. Bu şirkət, Qızılbulaq və Dəmirli qızıl mədənlərini ələ keçirmək istəyir. Azərbaycan Laçın dəhlizini bağlamaqla Ermənistan üçün İranı razı salmağa şərait yaradır. Süni şəkildə belə mənzərə yaradılır ki, guya Ermənistan Zəngəzur dəhlizini Azərbaycana təhvil verməsə, Ermənistan ərazisindən Laçın dəhlizi vasitəsi ilə, Qarabağa gediş-gəliş məhdudlaşdırılacaq. Buna görə də Paşinyan, Zəngəzur dəhlizi məsələsində Azərbaycana güzəştə getmək məcburiyyətində imiş kimi göstərilir. Əslində Zəngəzur dəhlizi Azərbaycanın timsalında NATO-ya təhvil verilir. Həmçinin, Ermənilər rusların Qarabağdan çıxarılmasını və əvəzində Amerika və Fransanın bu işə cəlb edilməsini tələb edir. Nancy Pelosinin Ermənistana səfəri və ABŞ rəsmilərinin eyni zamanda hər iki ölkəyə səfəri, dediklərimizə sübutdur.

Digər tərəfdən Azərbaycan da rus sülhməramlılarının Qarabağdan çıxmalarını tələb edir. Son olaylarda ermənilərin Xankəndidə rus sülhməramlılarının Qarabağ bölgəsindən çıxmalarını tələb etdiklərini müşahidə edirik. Təbii ki, bunlara bu fikirlər təlqin edilib. Pazellər bu cür təkmilləşir. Oyunda fiqurlar gözəl surətdə öz vəzifələrini yerinə yetirirlər.

Digər danılmaz məsələlərdən biri budur ki, bütün Azərbaycan, xüsusən qızıl, Əliyev hakimiyyətinin şəxsi mülküdür. Digər tərəfdən NATO-nun məntəqəyə gəlməsi, Zəngəzur dəhlizinin açılması və Turan planının icrası mənasındadır.

Bir məsələni də qeyd etmək yerinə düşərdi. Düşmənlər Qafqazda münaqişənin davamlı olmasında maraqlıdır. NATO-nun bölgəyə nüfuz etməsi, Qafqazdakı münaqişələrdən asılıdır.

Əliyevlər rejimi xalqı vətənpərvərlik adı altında Qarabağa cəlb edərək, qızıl sərvətlərini mənimsəmək istəyir.

Azərbaycan nümayəndə heyəti Laçın yolunu bağlayıb.
Video erməni tərəfindən çəkilib.
Laçın dəhlizinin bağlanması
Gərginliyin davam etdiyi Laçın yoluna sülhməramlılar tərəfindən əlavə texnika cəlb olunur (1)
Gərginliyin davam etdiyi Laçın yoluna sülhməramlılar tərəfindən əlavə texnika cəlb olunur (2)
Türk vətəndaşının iştirak etməsi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir