Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması

Cümə axşamı 24 Fevral 2022 - 14:52
https://az.iswnews.com/?p=1643

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki Donbas bölgəsində xüsusi hərbi əməliyyatların keçirilməsi barədə göstəriş verib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki Donbas bölgəsində xüsusi hərbi əməliyyat elan etməsindən sonra Ukraynadakı yerli mənbələr Rusiyanın Ukraynanın Kiyev, Borispil, Odessa, Xarkov, Berdyansk, Kramatorsk və Ukraynanın şərqindəki digər şəhərlərinə azı səkkiz ballistik raket atdığı barədə məlumat yayıblar.
Putin xəbərdarlıq edib ki, xarici dövlətlərin (ABŞ və NATO) Rusiyanın faəliyyətlərinə müdaxilə etmək cəhdinin əvvəllər heç vaxt görmədikləri nəticələri olacaq.

Bu açıqlamadan sonra Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı səfiri şuraya xüsusi hərbi əməliyyata başladığını elan edib.

Rusiyanın Ukraynaya məhdud və ya genişmiqyaslı hücumunun ilkin mərhələsi Ukraynanın strateji hərbi hədəflərinin məhv edilməsidir və raket zərbələri buna sübutdur.

Ukrayna ordusunun iki PUA-sının (Türkiyə istehsalı) Ukraynanın şərqindəki Donetsk şəhəri səmasında Rusiya müdafiə sistemləri tərəfindən məhv edilməsi anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir