Fələstində baş verən son hadisələr, 12 Dekabr 2022

Bazar ertəsi 12 Dekabr 2022 - 21:29
https://az.iswnews.com/?p=16406

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi İsrailin Kan kanalının siyasi müxbirinin iddiasına əsasən xəbər verir ki, ABŞ sionist rejimin gələcək baş naziri Benyamin Netanyahudan İordan çayının qərb sahilinin, Qüds və Məscidül-Əqsanın hər hansı bir həhissələrinin bu rejimin işğal etdiyi torpaqlara ilhaqı ilə bağlı xəbərdarlıq edib.

– Dekabrın 7-də Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Ramallahın şimal-qərbindəki Kəfr-Eyn qəsəbəsində bir fələstinli gənc İsrail əsgərləri tərəfindən ağır yaralanıb.
– Dekabrın 7-də onlarla sionist mühacirlər İsrail polis qüvvələrinin dəstəyi ilə Əl-Əqsa məscidinə basqın ediblər.
– Dekabrın 10-da HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam bu hərəkatın yaranmasının 35-ci ildönümü ilə əlaqədar Qəzza zolağının şimalında hərbi nailiyyətlərindən ibarət sərgi keçirib.
– Dekabrın 10-da İsrail rejimi ordusu bəyanat yayımlayaraq işğal altındakı Fələstinin şimal sərhədlərində (Suriya və Livan) qəfil təlimə başladığını elan etdi və bu təlimin üç gün ərzində keçiriləcəyini açıqladı. İsrail ordusunun mətbuat katibinin açıqlamasına görə, “İsti Qış 2” adlı bu təlimə şimal cəbhəsi qüvvələrinin hazırlığının gücləndirilməsi məqsədi ilə başlayıb və bu təlimdə 8 min ordu əsgəri və 5 min ehtiyat qüvvənin iştirak edəcəyi gözlənilir.
– İsrailin Kan kanalının siyasi müxbirinin iddiasına əsasən, ABŞ sionist rejimin gələcək baş naziri Benyamin Netanyahudan İordan çayının qərb sahilinin, Qüds və Məscidül-Əqsanın hər hansı bir həhissələrinin bu rejimin işğal etdiyi torpaqlara ilhaqı ilə bağlı xəbərdarlıq edib.
– Dekabrın 10-da Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, Nablusun cənubunda yerləşən Osrin və Beyt Dəcən qəsəbələrində fələstinlilərlə İsrail ordusu arasında baş verən qarşıdurmalar nəticəsində 49 nəfər yaralanıb.
– Dekabrın 11-də sionist rejim hərbçiləri Cəninin qərbində yerləşən Bərqin qəsəbəsinə basqın edərək iki fələstinli qardaşı həbs ediblər. Bir neçə saat sonra İsrail rejiminin çoxlu sayda xüsusi təyinatlıları Cənin şəhərinin şərqinə basqın edərək, bir fələstinli gənci həbs etdikdən sonra Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı qarşıdurmaya girib. Bu qarşıdurma zamanı 16 yaşlı fələstinli qız İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib, 3 nəfər isə ağır yaralanıb.

Daha ətraflı: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 12 Dekabr 2022

– İsrailin “Kan” kanalının elanına əsasən, sionist rejimin başçısı İshaq Hersoq tərəfindən hökuməti qurmaq üçün təyin edilmiş Likud partiyasının lideri Benyamin Netanyahu onun yeni kabinetini formalaşdırmaq üçün təyin olunan tarixdən bəri iki həftəlik möhlət istəyib. İshaq Hersoq da Netanyahunun yeni kabineti formalaşdırmaq üçün 10 günlük müddəti uzatmağa razılaşıb.
– Dekabrın 11-də İsrail ordusunun casus dronları Qəzzanın şərq əraziləri üzərində uçuşlar həyata keçirib.
– Avropa Birliyinin Qüdsdəki sözçüsü Şadi Osman “Fələstinin səsi” radiosu ilə söhbətində Avropa İttifaqının işğal olunmuş Fələstin ərazilərindəki vəziyyəti diqqətlə izlədiyini vurğulayaraq, ölkədəki vəziyyəti tez bir zamanda sakitləşdirməyə çağırıb.
– Son 24 saat ərzində 18 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir