İsrailin Hayfa və Aşdod limanlarına kiberhücum! + Video və Fayl

Cümə axşamı, 24 Fevral 2022 - 06:31
https://az.iswnews.com/?p=1631

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, “Savior” (Xilaskar) haker qrupu Hayfa və Aşdod limanlarına kiberhücum edərək, CCTV kameralarını sındırmaqla yanaşı, bu iki limanın əməkdaşlarının da məlumatlarını əldə edib.

Fevralın 23-də “Savior” (Xilaskar) adlı haker qrupu işğal olunmuş Fələstinin qərbində yerləşən Hayfa və Aşdod liman sistemlərinin sındırması ilə bağlı video və fayllar yayımlayıb. Əldə olunan fayllarda CCTV görüntüləri ilə yanaşı, bu limanların işçilərinin şəxsiyyətini təsdiq edən sənədlər də görünür.

Hayfa və Aşdod limanları işçilərinin məlumatları: Excel faylını yükləyin (68 KB)
Hayfa və Aşdod liman işçilərinin şəxsiyyət sənədləri: Sənədlərin zip faylını yükləyin (24 MB)
Limanların xəritələri və lojistika məlumatları: Zip faylını endirin (39 MB)
Sənədlər və internetə yükləninənləri endirin: Zip faylı endirin (167 MB)

Bir müddət əvvəl “Moses Staff” Musanın Əsası haker qrupu İsrailin Rafael şirkətinin CCTV kameralarına girişi elan edən yeni görüntülər yayımlamışdır və yaxın gələcəkdə direktorların ofisinin və onların yerləşdiyi yerin görüntülərini də açıqlayacağını bildirmişdir. Bununla bağlı İsrail mediası iddia edib ki, iranlı hakerlər (Musanın Əsası) Rafael şirkətinə sızaraq Dəmir Qübbənin mühüm məlumatlarını oğurlayıblar!

İsrail kiberhücumlarla mübarizə apardığını və öz məlumatlarını qoruduğunu iddia edir, eyni zamanda təhlükəsizlik, iqtisadi, sosial və hərbi şirkətlərin məxfi məlumatları son aylarda hakerlər tərəfindən oğurlanır və İbrani mediası hakerlərin rejimin həssas sistemlərinə sızmağa müvəffəq olduğunu etiraf edib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.