İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Dekabr 2022

Bazar ertəsi 5 Dekabr 2022 - 22:49
https://az.iswnews.com/?p=16207

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun qüvvələri Cənin düşərgəsinə hücum etdikdən sonra Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı qarşıdurmaya girib.

Dekabrın 5-də İsrail rejimi əsgərlərinin Cənin şəhərinin Əl-Hədəf məhəlləsinə hücumundan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yaşanıb.

Cənində Fələstin müqavimət qüvvələri ilə İsrail rejimi əsgərləri arasında qarşıdurmanın videosu (1)
Cənində Fələstin müqavimət qüvvələri ilə İsrail rejimi əsgərləri arasında qarşıdurmanın videosu (2)

Bu qarşıdurma ilə eyni vaxtda sionist rejim əsgərləri Fələstin İslami Cihad hərəkatının liderlərindən Şeyx Bəssam Əs-Sədinin oğlu Yəhya Əs-Sədini Cənin düşərgəsində əsir götürdülər və bu hərəkətdən sonra Cənin düşərgəsindən tamamilə geri çəkildilər.

Daha ətraflı: Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO

Cəninlə yanaşı, İsrail əsgərləri həmçinin İordan çayının qərb sahilində yerləşən Əl-Dahişeh düşərgəsinə hücum edib və bu zaman “Ömər Mənna” adlı fələstinli gənc şəhid olub, 6 nəfər yaralanıb.

Şəhid Ömər Mənnanın şəkli

Qeyd edək ki, yuxarıda qeyd olunan iki əməliyyatla yanaşı, son 24 saat ərzində bir sıra təhlükəsizlik əməliyyatları zamanı İsrail rejimi qüvvələri İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarına cəhd ittihamı ilə ən azı 14 fələstinlini həbs edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir