“Azərbaycan Müqavimət Mediası” günü qeyd olundu + VİDEO və FOTO

Bazar 4 Dekabr 2022 - 22:27
https://az.iswnews.com/?p=16141

3 dekabr, “Azərbaycan Müqavimət Mediası” günü münasibətilə konfrans keçirildi. Müqavimət mediası gününün 3 dekabrda keçirilməsi təsadüfi deyil. Belə ki, 3 dekabr, portalımız “İslam Dünyası Xəbərləri” informasiya agentliyinin fəaliyyətə başladığı gündür.

Konfrans, qonaqlar Şeyx Tohid İbrahimbəyli, Şeyx Orxan Məmmədov, Şeyx Musa Əsədzadə, Şeyx Bəxtiyar Bayramov, Şeyx Əli Qumi, Rəşid Hacıyev “Yağlı Xəbər” kanalının admini və Seyyid Mirağadadaş Ağayev “Yalan Doğru” kanalları adminlərinin iştirakı ilə və İlahiyyatçı Əkrəm Hacızadənin təqdimatında baş tutdu.

Konfrans zamanı Azərbaycan müqavimət mediasının keçdiyi çətin yol, İmam Xameneinin nəzərində media müharibəsi, axirəzzamanda medianın rolu və düşmənlərin müqavimət mediasına hücumları mövzusunda müzakirələr aparılıb.

Konfrans zamanı Hüseyniyyun Azərbaycan İslam Müqaviməti təsisçisi Şeyx Tohid İbrahimbəyli müqavimət mediasına atılan iftiralara cavab verdi və mediaya maddi və mənəvi dəstək verən, həmçinin pərdə arxasında olan və digər ölkələrdə media fəaliyyəti göstərən hər kəsə təşəkkürünü bildirdi. T.İbrahimbəyli sözlərininin davamında dedi: “Hüseyniyyun Azərbaycan İslam Müqaviməti məsulları bu hərəkatın təsisi zamanı müqavimətin təkcə hərbi sahədə deyil, informasiya müharibəsində fəaliyyətinin göstərməsi barədə qərar qəbul etmişdir.
Bu gün Hüseyniyyun müqavimətinə qarşı olan təxribatın və Əliyev rejiminin narahatçılığının əsas səbəbi məhz buna əsaslanıb.
Əgər müqavimət təkcə hərbi sahədə olan fəaliyyətə kifayətlənsəydi bu qədər düşmənçiliyə məruz qalmazdı”.

Hüseyniyyun Azərbaycan İslam Müqaviməti komandiri Şeyx Musa Əsədzadə informasiyanın zərurətinə toxunaraq, ilkin cəmiyyətlərin formalaşdığı dövrdən bugünümüzə qədər informasiyanın hansı rola malik olmasından söz açdı və müsəlmanları təbliğat işlərində aktiv olmağa səslədi.

Hüseyniyyun Azərbaycan Araşdırma Mərkəzinin sədri Şeyx Orxan Məmmədov isə Quran ayələrinin simasında günümüzdəki hadisələri təhlil edərək, düşmənlərin müqavimətə qarşı apardığı çirkin oyunları ictimaiyyətin nəzərinə çatdırdı.

Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatının sədri Şeyx Bəxtiyar Bayramov İmam Xameneinin media cihadına verdiyi önəm və günümüzdə bu işin mühümlüyü barədə çıxış etdi.

Gənc media fəalları olan “Yalan Doğru” və “Yağlı Xəbər” kanalları adminlərinin konfransda iştirakı izləyicilərin xüsusi diqqət və marağına səbəb oldu. Kanal adminləri Rəşid Hacıyev və Seyyid Mirağadadaş Ağayev media müqavimətində qət etdikləri çətin yol və hədəfli mübarizə təcrübələrini bölüşdülər.

Həmçinin portalımız “İslam Dünyası Xəbərləri”nin başladığı gününün ikinci ildönümü qeyd olundu.

Qeyd edək ki, bu konfrans, Şeyx Orxan Məmmədovun başçılıq etdiyi “Hüseyniyyun Azərbaycan Araşdırma Mərkəzi”nin, İranın İR Qum şəhərində yerləşən ofisində baş tutdu.

Tam ölçüdə baxmaq üçün klikləyin
Portalımızın başladığı günün ikinci ildönümü münasibəti ilə
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir