İŞİD-in xəlifəsi Əbul Həsən Əl-Haşimi öldürüldü; O kim idi və nə etdi?

Yaser Qəzvini Haeri
Yazar:Yaser Qəzvini Haeri
Bazar 4 Dekabr 2022 - 16:49
https://az.iswnews.com/?p=16131

Son günlərdə İŞİD-in sözçüsü Əbu Ömər Əl-Mühacir “Fəyəqtulunə və Yuqtəlun” adlı dördüncü mesajında ​​İŞİD lideri Əbul Həsən Əl-Haşimi Əl-Qurəşinin ölümünü və Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşinin onun yerinə təyin olunduğunu açıqlayıb. Bu, ilk dəfədir ki, İŞİD Amerika iddiasından əvvəl öz əmirinin və ya xəlifəsinin ölümünü elan edir və bu onu göstərir ki, İŞİD liderini öldürən qrup və ya qüvvə kimi öldürdüklərini bilməyib. Əgər bilsəydi, bu xəbəri ən yaxşı şəkildə elan etməkdən mütləq faydalanardı!

Bir neçə aylıq xilafət:
İŞİD-in bundan öncəki xəlifəsi Əbu İbrahim Əl-Haşimi Əl-Qurəşinin ölüm xəbəri 3 fevral 2022-ci ildə ABŞ prezidenti Cozef Bayden tərəfindən çox təfərrüatlı və hətta onun cəsədinin şəkillərinin dərc edilməsi ilə yayımlandı. Bu xəbərin İŞİD tərəfindən təsdiqlənməsi bir ay çəkmiş idi. İŞİD-in əsas media mərkəzlərindən biri olan və adətən bu qrupun rəsmi mesajlarını yayımlayan Əl-Furqan müəssisəsi 2022-ci il martın 10-da “Fə Minhum Mən Qəza Nəhbəh” adlı audio mesaj yayımladı. Bu mesajı İŞİD-in yeni sözçüsü Əbu Ömər Əl-Mühacir səsləndirmişdir. Əbu Ömər Əl-Mühacir bu mesajında ​​İŞİD-in əvvəlki xəlifəsi Əbu İbrahim Əl-Qürəşinin ölümünü təsdiqləyib və İŞİD şurasının İŞİD-in köhnə və mühüm şəxslərindən olan “Əbul Həsən Əl-Haşimi Əl-Qurəşi” adlı şəxələ beyət etdiyini açıqlamışdır. Əbu Ömər Əl-Mühacir, Əbu İbrahim Əl-Haşiminin vəfatını elan etdikdən sonra dördüncü mesajını 30 noyabrda “Fəyəqtulunə və Yuqtəlun” başlığı ilə yayımlayana qədər müxtəlif vaxtlarda daha iki səsli mesaj paylaşmışdı. O, Əbul Həsən Əl-Haşimi Əl-Qurəşinin öldürüldüyünü və İŞİD şurasının yeni lider kimi “Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşi” ilə beyət etdiyini elan etdi. Bu məsələni nəzərə alaraq demək olar ki, Əbul Həsən Əl-Haşimi təxminən 8-9 ay İŞİD xəlifəsi kimi bu dəstəyə rəhbərlik edib.

Əbul Həsən Əl-Haşimi kim idi?
Biz bilirik ki, Əbu Bəkr Əl-Bağdadinin ölümündən sonra İŞİD öz xəlifələrinin heç bir görüntüsünü və ya audiosunu yayımlamayıb. Ona görə də mediada İŞİD xəlifələrinin şəxsiyyəti və hətta görüntüsü ilə bağlı fərziyyələr dəqiq deyil. Bu məsələ Əbu İbrahim Əl-Haşimi haqqında qaldırıldı və Əbul Həsən Əl-Haşimi haqqında da daha qızğın şəkildə qaldırıldı, çünki Əbu Ömər Əl-Mühacir “Əbul Həsən Əl-Haşiminin xilafətinin elan olunması” bəyanatında bildirmişdir ki, o, təhlükəsizlik səbəbinə görə Əbul Həsən Əl-Haşiminin əsl adını açıqlaya bilməyəcək. Bu arada bəziləri Əbul Həsən Əl-Haşimini “Hacı Zeyd” ləqəbli “Bəşşar Xəttab Qəzal Əl-Samidai”, digərləri isə İŞİD-in xəlifədən sonra ən mühüm qurumu olan Əl-Lucnə Əl-Mufəvvizədən (İcra Komitəsi) ən köhnə sağ qalanlardan “Əbu Haris Əl-İraqi” ləqəbli “Ziyad Cohər Abdullah” olduğunu hesab edirdilər. Başqaları isə Əbul Həsən Əl-Haşimini Əbu Bəkr Əl-Bağdadinin qardaşı “Cümə İvəd Əl-Bədri” hesab edirdilər. Reuters bu xəbəri İraq rəsmilərinə istinadla Əbül Həsən Əl-Haşiminin xəlifəliyə elan ediləndən bir gün sonra yayımlamışdır.

Əbul Həsən Əl-Haşimini kim öldürdü?
Bu, ABŞ-ın İŞİD-in əmirini və ya xəlifəsini öldürdüyünü iddia etməzdən əvvəl ilk dəfədir ki, İŞİD liderinin ölümünü elan edir və bu, İŞİD liderini öldürən qrup və ya qüvvənin kimi öldürdüyünü bilmədiyini göstərir. Çünki bilsəydi, bu xəbəri ən yaxşı şəkildə elan etməkdən faydalanardı. Bu, İŞİD-in Əbul Həsən Əl-Haşiminin qatili, eləcə də ölümünün vaxtı və məkanı, barədə heç bir məlumat vermədiyi bir vaxtda təqdim olundu. Bəzi türk mediaları 2022-ci ilin mayında Əbül Həsən Əl-Haşiminin xilafətinin elanından iki ay sonra İstanbulda İŞİD xəlifəsi olduğuna inandıqları birini həbs etdiklərini iddia etmişdilər. Türkiyə mediası Əbu Bəkr Əl-Bağdadinin Əbul-Həsən Əl-Haşimi olduğu güman edilən qardaşı Cümə İvəd Əl-Bədrini həbs etdiklərini açıqlayıb. Onun təqdim etdiyi şəkil Əl-Samidaiyə aid olduğu deyilən şəkil idi. Üç ay sonra və 2022-ci ilin sentyabrında Ərdoğan Əl-Samidainin həbsini elan etdi, lakin onun eyni Əbul Həsən Əl-Haşimi olduğunu qeyd etmədi, ancaq onu İŞİD-in əsas liderlərindən biri adlandırdı. Türkiyənin həbs edilən şəxsin adını İŞİD xəlifəsi adlandırmaqdan çəkindiyini və hər halda bu şəxsin həbs edildiyini və öldürülmədiyini nəzərə alsaq, İŞİD-in son səsli mesajının Türkiyə mediası və Ərdoğanın verdiyi mesajla eyni olduğunu qəbul etmək çətindir. Xüsusən də İŞİD xəlifəsi həbs olunubsa, ola bilsin ki, İŞİD-dən belə bir bəyanat verdikdən sonra əksini etiraf etsin. Məsələ burasındadır ki, İŞİD öz xəlifəsinin əsir düşməsinə baxmayaraq onun ölümü ilə bağlı bəyanat yaymaq riskini qəbul etməz. Digər tərəfdən Əbu Ömər Əl-Mühacir noyabrın 30-da yaydığı “Fəyəqtulunə və Yuqtəlun” bəyanatında Əbülhəsən əl-Haşimin necə öldürüldüyünü üstüörtülü şəkildə ortaya qoyur və onun bir qarşıdurmada öldürüldüyünü və o zaman bir neçə nəfəri də öldürdüyünü bildirir. Bu, xəlifənin həbsdə, məsələn, türk həbsxanalarında öldürülməsi və ya ölməsi variantını zəiflədir.

İŞİD-in Əbul Həsənin bir neçə aylıq xilafətindəki dəyişiklikləri:
Əbul-Həsən Əl-Haşiminin bir neçə aylıq xilafətində İŞİD-in Afrikada etdiyi fəaliyyətləri görmək olar. Məhz Əbul Həsən Əl-Haşimi xilafətinin elan edilməsindən sonra Sahil əyalətinin yaradılması və onun Qərbi Afrika əyalətindən ayrılması, eləcə də Mozambik əyalətinin yaradılması və mərkəzi Afrika əyalətindən ayrılması elan edilir. Bu məsələ, şübhəsiz ki, İŞİD-in qara qitədə fəaliyyətinin inkişafı və İŞİD-in yüksək rütbəli üzvlərinə fəaliyyət sahələrində daha çox müstəqillik verilməsi ilə bağlı idi. İŞİD-in Əbülhəsən Əl-Haşiminin xilafəti dövründə daha bir əhəmiyyətli fəaliyyəti Ramazan ayında təxminən iki həftə davam edən “Əl-Seru Liş-Şeyxeyn” (iki şeyxin, yəni Əbu Bəkr Əl-Bağdadi və Əbu İbrahim Əl-Qurəşi üçün qisas) əməliyyatının həyata keçirməsi olub. Bu müddət ərzində İŞİD əməliyyatlarının sayı xeyli artıb. Bu, son bir ayda Afrika istisna olmaqla, İŞİD əməliyyatlarının sayı və nəticələrinin xeyli azalması ilə təsadüf edir. Bir tərəfdən, bu məsələ İraq təhlükəsizlik qüvvələrinin Təlal Hamrin, Cəbəl-Məkhul və digər yerlərdə İŞİD-in əsas mərkəzləri kimi tanınan yerlərdə geniş əməliyyatları ilə bağlı ola bilər. Amma əməliyyatların gözə gəlimli azalması İŞİD sıralarında Əbul-Həsən Əl-Haşiminin öldürülməsi xəbərinin yayılmasından sonra xilafət məsələsi ilə bağlı şübhələrə aid ola bilər ki, bu da İŞİD-i bu məsələni səs yazısı bəyanatı ilə həll etməyə məcbur edib.

Beyət etməyin zəruriliyi:
Şübhəsiz ki, İŞİD-də xilafət məsələsi, xarizmatik və özəl rəhbərlik sayıla bilməz. İŞİD ilk xəlifələrin xilafətini, Allah Rəsulunun (s) böyük səhabələri arasında heç bir mərifət və xarizmaya sahib ola bilməyən xəlifələri təsvir etməyi xoşlayır. Odur ki, müəllifin fikrincə, İŞİD-də liderliyi xarizmatik yanaşmalardan istifadə edərək təhlil etmək istəyən hər kəs, yəqin ki, yanlış yoldadır. Amma mühüm məsələ budur ki, İŞİD-in nəzərində beyət həyati bir şeydir və bu barədə “Hər kəs ölsə, bir halda ki, heç kəslə beyət etməyib, cahiliyyət dövrünün ölümü ilə dünyadan köçüb” rəvayətinə istinad edir. Buna görə də, İŞİD-də xarizmatik rəhbərliyin olmamasına və həmçinin müxtəlif bölgələrdə fəaliyyət və əməliyyatlarda (Əl-Qaidə izlədiyi kimi) bir növ mərkəzsizləşdirmə və nisbi müstəqilliyə doğru irəliləməsinə baxmayaraq, İŞİD-in legitimliyi xəlifəyə və xilafətə sədaqətdə toplanır. Bu məsələ İŞİD üçün çox mühüm və onu asanlıqla tərk edə bilməyəcək bir məsələdir. Odur ki, İŞİD-in son bir aydakı zəifləmiş fəaliyyətini İŞİD daxilindəki ixtilaflarla əlaqələndirmək mümkün ola bilər ki, bu da çox güman ki, qruplaşmanın özündə Əbulhəsən Əl-Haşiminin ölüm xəbərinin yayılması səbəbindən baş verib və nəticədə İŞİD-i beynəlxalq və ya regional qüvvələrin bu xəbəri yayımlamasından öncə bu xəbəri elan etməsinə məcbur edib.

Əl-Haşimi və Əl-Zəvahirinin öldürülməsi:
Bilirik ki, bir neçə ay əvvəl amerikalılar Əymən Əz-Zəvahirini Kabildə öldürdüklərini açıqladılar, bu məsələnin baş verməsindən demək olar ki, heç kimin şübhəsi yoxdur, lakin Əl-Qaidənin rəsmi mənbələri isə hələ də Əz-Zəvahirinin ölüm xəbərini rəsmi olaraq açıqlamayıb. Bununla belə, Əl-Qaidədə rəhbərlik xilafət deyil, əmirlikdir və Əl-Qaidənin beyəti son nəticədə Əfqanıstan Talibanı kimi biri ilə bağlıdır. Amma hər halda Əz-Zəvahirinin öldürülməsi ilə bağlı Əl-Qaidənin rəsmi mənbələrinin məlumat verməməsi, bu qruplaşmanın rəhbərliyinin legitimliyinə xələl gətirə bilər, lakin digər tərəfdən, İŞİD, özünün rəhbərlik məsələsini qoruyub saxlamaq üçün tez bir zamanda düzəltməyə və aradan qaldırmağa çalışıb. İŞİD və Əl-Qaidənin bir-biri ilə etimad və ictimai rəyi cəzb etmək üçün şiddətli rəqabətini nəzərə alsaq, İŞİD-in öz keçmiş xəlifəsinin ölümünü rəsmən elan etməsində və yeni xəlifəsinin təyin olunması xəbərini yayımlaması ilə topu Əl-Qaidənin bu sahədəkəi boşluğu meydançasına ötürməsi kimi dəyərləndirmək olar. Təbii ki, ictimai rəy məsələsi, rəhbərliy məsləsi ilə sıx əlaqədədir və İŞİD burada bu addımı ilə özünü rəhbərliy məsələsində sığorta etmək niyyətində və maraq dairəsindədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir