Cənində iki müqavimət komandiri şəhid olub + FOTO

Cümə axşamı 1 Dekabr 2022 - 10:04
https://az.iswnews.com/?p=16100

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin Cəninə hücumundan sonra Fələstin müqavimətinin cəbhə komandirlərindən ikisi şəhid olub.

Dekabrın 1-də səhər saatlarında sionist rejim qüvvələri Cənin şəhərinin əl-Hədəf məhəlləsinə basqın ediblər və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yaranıb.

Atışma zamanı Fələstin müqavimətinin “Məhəmməd Əl-Səədi (27 yaş) və Nəim əl-Zubaidi (26 yaş)” adlı cəbhə komandirlərindən ikisi şəhid olub. Bu münaqişə ilə eyni vaxtda İsrail əsgərləri Cənində axtarışda olan 4 fələstinlini həbs edib.

Münaqişədən bir neçə saat sonra İsrail mediası Fələstin müqavimət dəstələrinin Cənində iki müqavimət komandirinin şəhadətinə cavab reaksiyasından qorxaraq İsrail ordusunun tam döyüş hazırlığında olduğunu açıqlayıb.

İslami Cihad Hərəkatının sözçüsü Tariq İzzuddin sionist rejimin bugünkü Cəninə hücumu ilə bağlı deyib: “Bu gün səhər işğalçı sionist rejiminin xalqa və müqavimət döyüşçülərinə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq, bu cinayətkar işğalçılar iyrənc cinayətlərinin əvəzini ödəyəcəklər”.

Həmçinin, Həmas hərəkatının liderlərindən olan İsmail Rizvan Fələstin ərazisi, Məscidül-Əqsa və Qüdsü müdafiə etmək üçün İordan çayının qərb sahilində yaşayan fələstinlilərin müqavimətinin artmasını yüksək qiymətləndirib və bu iki müqavimət komandirinin şəhadətini təbrik edərək, deyib: “Şəhidlərin qanı hədər getməyəcək və Cənin düşərgəsində fələstinli gəncləri terror etmək cinayəti cavabsız qalmayacaq”.

Qeyd edək ki, son üç gündə İsrail hərbçilərinin İordan çayının qərb sahilində keçirdiyi əməliyyatlar nəticəsində 9 fələstinli şəhid olub, 100-dən çox insan yaralanıb.

Daha çox oxuyun:
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 30 Noyabr 2022
İordan çayının qərb sahilində üç fələstinli şəhid olub + FOTO

Şəhid Məhəmməd Əl-Səədi və Nəim Əl-Zubaidinin pak cəsədləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir