İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 30 Noyabr 2022

Çərşənbə 30 Noyabr 2022 - 23:47
https://az.iswnews.com/?p=16092

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejimi qüvvələri Cəninin cənub-qərbindəki Yaabod qəsəbəsinə basqın edərək, Fələstin müqavimət qüvvələri ilə silahlı qarşıdurmaya girib və Həmas qüvvələrindən birinin evini mühasirəyə alaraq həbs ediblər.

Noyabrın 30-da çoxlu sayda sionist ordu qüvvələri Cəninin cənub-qərbindəki Yaabod qəsəbəsinə hücum etdi və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yarandı. Atışma zamanı iki fələstinlinin İsrail əsgərləri tərəfindən vurulduğu və hər ikisinin vəziyyətinin çox ağır olduğu bildirilib.

Cəninin cənub-qərbindəki Yaabod qəsəbəsində İsrail rejimi ilə Fələstin müqavimət qüvvələri arasında qarşıdurmanın videosu (1)
Cəninin cənub-qərbindəki Yaabod qəsəbəsində İsrail rejimi ilə Fələstin müqavimət qüvvələri arasında qarşıdurmanın videosu (2)

Bu münaqişə ilə eyni vaxtda İsrail əsgərləri Həmas hərəkatının “Əbbud Hirzullah” adlı qüvvələrindən birinin bu ərazidəki evini mühasirəyə alıb və onu ələ keçirdikdən sonra ərazidən geri çəkiliblər.

Həmas hərəkatının qüvvələrindən olan Əbbud Hirzullahın şəkli

Qeyd edək ki, İsrail hərbçilərinin son hərəkətlərini nəzərə alsaq, İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarının sayının artacağı ehtimalı var. Bu məsələdən xəbərdar olan İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində bir neçə təhlükəsizlik əməliyyatına başlayıb və son 24 saat ərzində ən azı 11 fələstinlini anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edib.

Daha çox oxuyun:
İordan çayının qərb sahilində üç fələstinli şəhid olub + FOTO
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 22 Noyabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir